Rusiyada Kosmik Müdafiə Qüvvələrinin İnstitutunda yanğın: 5 ölü, 25 yaralı

Mənbə: Tver vilayətinin mətbuat xidməti

30 nəfərin təxliyə edildiyi bildirilir

Aprelin 21-də Rusiyanın Tver şəhərində Hərbi Kosmik Müdafiə Qüvvələrinin Mərkəzi Elmi-Tədqiqat İnstitutunda baş verən yanğında ölənlərin sayı 5 nəfərə çatıb.

Bu barədə “Ria.ru” saytı məlumat yayıb.

Bildirilir ki, yanğın baş verən ərazidən 30 nəfər çıxarılıb.

Hadisə zamanı 25 nəfərin yaralandığı bildirilir.

Qeyd olunur ki, yanğının söndürülməsinə 240-dan çox yanğınsöndürən, 69 texnika, o cümlədən Mi-8 helikopterin cəlb olunub.

Ana səhifəXəbərlərRusiyada Kosmik Müdafiə Qüvvələrinin İnstitutunda yanğın: 5 ölü, 25 yaralı