Rusiyada iğtişaşda iştirak edən azərbaycanlı və ermənilər saxlanılıb

Nikulunsk məhkəməsi beş şəxsə həbs-qətimkan tədbiri seçib.

Source: Specify Source


Hamını “Qrupun tərkibində xuliqanlıq” maddəsi ilə saxlayıblar

Moskva məhkəmələri paytaxtın müxtəlif rayonlarında kütləvi iğtişaşlarda iştirak etdiyinə görə on nəfəri həbs edib. TACC-a bu barədə paytaxt məhkəmələrinin mətbuat xidmətləri xəbər verib.

“Nikulunsk məhkəməsi beş şəxsə həbs-qətimkan tədbiri seçib. Bu, Nikoyan Artak, Apreyan Arsen, Apreyan Armen, Nikoyan Seyran, Petrosyan Arqiştdir. Onların hamısı RF CM-nin 2-ci maddəsi ilə (“Qrupun tərkibində xuliqanlıq”) günahlandırılır” – Nikulinsk məhkəməsində deyiblər. Bundan əvvəl Troiski məhkəməsində analoji işlə Azərbaycandan çıxmış A.Mojlumov həbs olunub. Bu ölkədən olan daha dörd adam Kuzminsk məhkəməsində həbs edilib.

Bundan başqa, hazırda Nikulinsk məhkəməsində Narek Petrosyan və Razmik Saakyanın həbsi barədə vəsatətə baxılır. Onlar həmçinin CM-in 2-ci maddəsi ilə ittiham olunur. Trosiki məhkəməsində isə Azərbaycandan olan bir neçə şəxs barədə eyni işə baxılır.

İyulun 24-nə keçən gecə Marino rayonunda Ermənistandan və Azərbaycandan olan şəxslər arasında bir neçə toqquşma baş verib. Onlardan biri kütləvi davaya çevrilib. Polis xuliqanlıq və qarətlə bağlı cinayət işi açıb. 25 nəfər saxlanılıb. İyulun 24-də Moskvanın müxtəlif rayonlarında bir neçə yeni toqquşma baş verib.

“Tass” yazır ki, Salaryevo və Yeni Moskvada bir qrup azərbaycanlı əllərində taxta və metal çubuq ermənilərə məxsus inşaat metarialları mağazasını talan edib, nəticədə bir adam zərər çəkib. Digər olay nəticəsində naməlum şəxslər Moskvanın qərbində yerləşən kafenin və avtoyumanın binalarının şüşələrini sındırıb. Nəticədə alıcılardan biri şüşə qırıntılarından zədə alıb. Məlum faktlar əsasında xuliqanlıq haqqında cinayət işi qaldırılıb, doqquz nəfər saxlanılıb. Bundan başqa, Ermənistandan olan yeddi şəxs taxta toxmaqlarla Bratislav küçəsində yerləşən, azərbaycanlıların işlətdiyi restorana soxulub və orda qarət təşkil edib. Şəhərin digər rayonlarında daha bir neçə toqquşma baş verib.

Ana səhifəDünyaRusiyada iğtişaşda iştirak edən azərbaycanlı və ermənilər saxlanılıb