Rusiyada hərbi hissə kazarmasının uçması nəticəsində ölənlərin sayı 23-ə çatıb

Hadisə zamanı kazarmada ümumilikdə 337 nəfərin olduğu bildirilir

Source:


Hadisə zamanı kazarmada ümumilikdə 337 nəfərin olduğu bildirilir

Rusiyanın Omsk şəhərində hərbi hissənin kazarmasının uçması nəticəsində ölənlərin sayı 23-ə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, dağıntılar altında qalan 42 hərbçinin hamısı çıxarılıb. Onlardan 23-ü ölüb. Yaralılardan 10-u təyyarəylə Omskdan Moskvaya göndərilib

Hadisə zamanı kazarmada ümumilikdə 337 nəfərin olduğu bildirilir.

Baş verrən olayla bağlı cinayət işi açılıb.

Hadisə iyulun 12-də saat 19.25-də baş verib.

Ana səhifəXəbərlərRusiyada hərbi hissə kazarmasının uçması nəticəsində ölənlərin sayı 23-ə çatıb