Putin qanunda nəzərdə tutulan dəyişiklikləri təsdiqləyib
Rusiyada Cinayət Məcəlləsinin 275-ci maddəsinə (“dövlətə xəyanət”) dəyişiklik edilib.
Aprelin 28-də Prezident Vladimir Putin dövlətə xəyanətə görə cəzanın ömürlük həbsə qədər sərtləşdirən dəyişiklikləri təsdiqləyib.
Bildirilir ki, əcnəbilərə dövlət sirrini təşkil edən məlumatların ötürülməsi, Rusiyaya qarşı yönəlmiş fəaliyyətdə digər dövlətə maliyyə, maddi-texniki və ya digər yardımların göstərilməsi ömürlük həbslə cəzalandırılacaq.
Buna qədər qanunda 500 min rubla qədər cərimə və ya 20 ilə qədər həbs cəzası nəzərdə tutulurdu.