Hadisə zamanı bir nəfər yaralanıb
Rastov-Donda orta məktəbin yaxınlığında partlayış olub.
TASS-ın məlumatına görə, hadisə zamanı bir nəfər yaralanıb.
Deyilənə görə, fanara partlayıcı maaddə qoyulubmuş:
“1 nəfər kişi səhər saat 6:30 radələrində küçədən bağlama tapıb. İçindəki fanarı yandırmaq istəyərkən partlayış baş verib və nəticədə əli qopub”.
Aprelin 3-də, günorta saatlarında Sankt Peterburq metrosunda da partlayış olmuşdu. Metronun “Texnoloqiçeskiy institut” və “Sennaya ploşşad” stansiyalarında baş vermiş partlayışlar nəticəsində 10 nəfər ölüb, 50-yə yaxın adam yaralanmışdı. Rusiya baş prokuroluğunun nümayəndəsi Aleksandr Kurennoy partlayışın terror aktı olduğunu söyləmişdi.