13.50.
Oxot dənizində batan “Uzaq Şərq” adlı böyük balıqçı gəmisinin heyət üzvləri arasında olan Azərbaycan vətəndaşlarının adları açıqlanıb. Rusiya
Fövqəladə Hallar Nazirliyi
nin mətbuat xidmətindən
APA
-nın Moskva müxbirinə verilən məlumata görə, Azərbaycan vətəndaşları aşağıdakılardır:
Səfərov Məhəmməd Səfər oğlu (12.02.1964), Talıbov Mayilağa Ulduz oğlu (28.12.1964), Məhərrəmov Muradəli Qurban oğlu (09.04.1987),
Əliyev Elman Sərdan oğlu (17.10.1964), Şakirov Fazil Bilal oğlu (23.10.1959), Əliyev Yaşar Sərdan oğlu (13.03.1975), Sadıqov İməməddin Hidayət oğlu (23.02.1969).
M. Talıbov, E. Əliyev və İ. Sadıqov qəzadan sonra xilas edilənlər arasındadır. Digərlərinin taleyi barədə hələlik məlumat yoxdur. Elman və Yaşar Əliyevlərin qardaş olduğu bildirilir.
54 nəfər ölüb, 15 balıqçının taleyi hələlik bəlli deyil
Aprelin 1-də gecə saatlarında Oxot dənizində batan “Uzaq Şərq” adlı böyük balıqçı gəmisinin heyət üzvləri arasında 7 azərbaycanlı olub.
Bu barədə Trend-ə Rusiya FHN-in Maqadandakı yerli idarəsindən bildiriblər. Onların hamısı Rusiya vətəndaşlarıdır. Bu şəxslərin vəziyyəti barədə əlavə məlumat verilmir.
APA
-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, gəminin batması barədə məlumat Moskva vaxtı ilə saat 23.39-da alınıb. Maqadan şəhərindən 300 km aralıda batan gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilir. Onlardan 117-si sudan çıxarılıb. 54 nəfər ölüb, 15 balıqçının taleyi hələlik bəlli deyil.
Xilas olunanlar donma nəticəsində ağır, bəziləri isə çox ağır vəziyyətdədir.
Heyət üzvləri arasında neçə nəfər azərbaycanlının olduğu və onların adları hələlik açıqlanmayıb.