Həştərxanın 1 nömrəli Yol-patrul xidmətinin xüsusi batalyonunun əməkdaşları hadisənin başvermə şəraitini araşdırır
Jurnalist Ülviyyə Şamilqızını (Məmmədova) Rusiyanın Həştərxan şəhərində yanvarın 23-də avtomobil vuraraq öldürüb.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyi rəsmi məlumat
yayıb
.
APA-nın xəbərinə görə, Rusiya DİN-in Həştərxan vilayəti üzrə idarəsinin məlumatında bildirilir ki, ötən gün yerli vaxtla saat 18.20-də Həştərxan şəhərində 30 yaşlı sürücünün idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil yolun hərəkət hissəsinin piyada zolağından keçən, Həştərxan universitetlərindən birində təhsil alan 1986-cı il təvəllüdlü tələbə qızı vurub.
Azərbaycanlı tələbə aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Həştərxanın 1 nömrəli Yol-patrul xidmətinin xüsusi batalyonunun əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.
Ü. Şamilqızı “Xalq Cəbhəsi” qəzetində, “Report” İnformasiya Agentliyində çalışıb.O, təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.