Mənbə: proekt.media

Rusiyada Azərbaycanın Qodu

Qod Nisanovun dostluq etməyi və ticarəti bacaran adamın portreti.

"Проект." araşdırması

Dağlıq Qarabağ uğrunda müharibənin qızğın çağında Rusiya öz hərbi müttəfiqinə, Ermənistana kömək etmədi. Milyarder Qod Nisanovun, onun Rusiya və Azərbaycan rəhbərləri ilə əlaqələrinin tarixçəsi bu cür qərarın səbəblərini aydınlığa çıxara bilər. Bu əlaqələr o qədər sıxdır ki, münaqişənin qızğın vaxtında Rusiya kəşfiyyatının başçısı Sergey Narışkin Azərbaycanın Baş nazirinin müavinin ailə ilə üzvlərinin kompaniyasıda Nisanovun şəxsi hovuzunda üzürdü.

Rusiyanın görkəmli məmuru və hələ Leninqrad DTK-da Vladimir Putinin həmkarı Sergey Narışkin çoxdan üzgüçülüyə həvəs göstərir. Artıq Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru olan Narışkin, demək olar ki, hər gün eyni yerə – “Ukrayna” mehmanxanasının dəbdəbəli 50 metrlik hovuzuna üzməyə gedirdi. Bu mehmanxana “rəhbər”in ölümündən sonra tikilmiş son “stalinka”da yerləşirdi. O üzməyə səhər tezdən, otelin qonaqları hələ yatanda gedirdi, odur ki, hovuzda az adam olurdu. Narışkin suda bir neçə yüz metr üzəndən sonra elə ordakı restoranda səhər yeməyini yeyir və öz casus işlərinə gedirdi. Hərçənd koronavirus epidemiyası başlayandan “Ukrayna”ya getməyi tərgitməli oldu. Bundan belə artıq tamamilə xəlvət hovuz axtarmaq lazım idi. Rusiyanın ən gizli qurumunun başçısına bu işdə yaxın dostu və “Ukrayna”nın sahibi Qod Nisanov yardımçı oldu.

Dostluq üzrə çempion

Qod Nisanovun biznes nailiyyətləri barədə məqalələrdə, adətən, – o, “Forbes”in versiyasına görə, artıq uzun illərdir ki, Rusiyanın ən uğurlu rantyesidir, var-dövləti 2,7 milyard dollar təşkil edir, – iki məqam vurğulanır. O, gənc yaşlarında Azərbaycanın Krasnaya Sloboda qəsəbəsindən, – buranın sakinləri çoxluq etibarı ilə dağ yəhudiləridir, – Moskvaya köçüb. Burda o daimi partnyoru Zarax İliyevlə məşhur “Çerkizov” bazarında ticarətlə məşğul olmağa başlayıb. Biznesmenin bioqrafiyasında köç edən ikinci hekayə Nisanovun altı dildə danışmasıdır. Hərçənd 2007-ci ildə məlum oldu ki, dağ biznesmeninin yerlisi və partnyoru var ki, bu adam onun biznesində daha çox yardımçı olub. Bu, bakılı hüquqşünas İlham Rəhimovdur.

“Diaspora” TM

Dağ yəhudiləri həmişə Moskva ticarətində çox maraqlı olub. “Çerkizov” bazarının sahibi Nisanovun yerlisi, Bakıdan gəlməsə belə, həmçinin dağ yəhudisi Telman İsmayılov olub. Qod Nisanovun çoxillik partnyoru Zarax İliyev həmçinin biznes fəaliyyətinə bu bazardan başlayıb. Qardaşlar Gennadi və Solomon Manaşirovlar Moskvada bir çox ticarət mərkəzinin – “Prajski passaj”, “Armada”, “Columbus” və digərlərinin sahibləri olub.

Dağ yəhudisi Tahir Qilalov “İzmaylovo” bazarının həmsahibi olub, Akif və Zaur Moskvada bir neçə ticarət kompleksinin sahibi idi. Məşhur“Yeliseyevski”qastronomunun sahibi Azərbaycandan gəlmiş daha bir dağ yəhudisi Yakov Yaqubov olub. O, mətbuatda “Tverskayanın sahibi” titulunu alıb. Hesab edilirdi ki, onun “ən yaxşı evlərdə” ən böyük daşınmaz əmlak siyahısı var. Bir də o, XTNS-nin (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi) düz ortasında şəxsi üçmərtəbəli “saray”inşa etməsi ilə məşhurdur. Demək olar ki, onların hamısının (Nisanov və İliyevdən başqa) axırı pis qurtarıb: İsmayılov qətl ittihamı ilə çernoqoriyada gizlənir, Gennadi Manaşirov rüşvət verdiyinə görə 12 illik həbs cəzasına məhkum olunub, qardaşı Solomon beynəlxalq axtarışdadır. Tahir və Zaur Qilalovlar qətlə yetirilib.

Rəhimovun uşaqlığı Qarabağda keçib. O, 1970-ci ildə Rusiyaya gedib, Leninqrad universitetinin hüquq fakültəsinə girib və burda gələcək prezident Putinlə bərk dostlaşıb. Ailə dostu olublar: Rəhimov Putinin evinə qonaq gedib, Putinsə bir neçə dəfə onun dəvəti ilə Azərbaycana gəlib, Rəhimovun atasının evində yaşayıb. Bu dostluq indi də davam edir.

Putin və Rəhimov

Putin və Rəhimov

Mənbə: oxu.az

İlham Rəhimov Dağlıq Qarabağ problemi haqda:

Mən Putinlə siyasətçi və dövlət başçısı kimi deyil, öz kurs yoldaşım kimi ünsiyyət qururam... Hə, biz Putinlə görüşəndə bu barədə danıırıq və mən öz mövqeyimi onun diqqətinə çatdırıram. Şübhəsiz ki, bir azərbaycanlı kimi, Qarabağ problemi mənim də ağrılı yerimdir”.

Rəhimov Azərbaycanda hüquqşünas kimi məşhurdur. Rusiyada isə tamam başqa məsələ – Rəhimovun soyadı təxminən 15% payla Nisanovun bütün əhəmiyyətli bizneslərinin təsisçi siyahısında var.

Qod Nisanovun aktivləri
Krasnaya Slobodadan olan milyarderin biznesi Moskvadakı ən iri bazarlar, ticarət mərkəzləri və mehmanxanalardır

Krasnaya Slobodadan olan milyarderin biznesi Moskvadakı ən iri bazarlar, ticarət mərkəzləri və mehmanxanalardır

Mənbə: proekt.media

“Nisanov ətrafına düzgün adamlar toplamağı bacarır, dostluq üzrə çempiondur”,- yüksək vəzifəli məmur deyir.

Nisanovun əhatəsində peyda olan ilk insanlardan biri Moskva DİN Baş idarəsinin rəhbəri Vladimir Pronindir. Onun oğlu Aleksandrı “İmperial-2000” şirkətinə işə götürüblər. Bu şirkət “Kiyev meydanı”nın tərkibinə daxildir. 2009-cu ildə ata Pronini işdən çıxardılar, Nisanovun əhatəsində isə zamanla daha ciddi fiqur peyda oldu. Nisanovun DİN-nin rəhbəri Vladimir Kolokolsevlə dostluq etdiyini “Layihə”nin iki həmsöhbəti bilir. Üstəlik Kolokolsevin oğlu Aleksandr Nisanovun yaxın qohumu Oleq Yusubovun “İl forno” restoranları üzrə partnyoru olub. Yaxın zamanlardan isə Nisanovun təhlükəsizlik xidmətində Kolokolsevin sabiq köməkçisi Nikolay Qolovkin işləyir.

Nisanov prezident Putinin sabiq keşikçisinin qardaşı Aleksey Dyumini Zaryadye parkı yaxınlığında, Varvarkada otel tikən şirkətin partnyoru edib. Artyom Dyumin həmçinin “Kiyev meydanı”nın yenidən qurduğu“Olompiyski” idman kompleksinin Direktorlar Şurasına daxildir.

2016-cı ildə “Avropalı”nın direktoru Teymur Bülbül Poladoğlu – Nisanovun dostu və musiqiçi, Azərbaycanın Rusiyada səfiri, məşhur müğənni Polad Bülbüloğlunun oğlu oldu. Nisanov həmçinin işə “Roskosmos”un rəhbəri Dmitri Roqozinin oğlunu götürdü – o, “Naqatinskaya” nəqliyyatdəyişmə qovşağının inşasına rəhbərlik edir. Bu inşaat işini həmçinin “Kiyev meydanı” aparır. Nisanovun yaxın çevrəsinə, o cümlədən Dövlət Dumasının xarrasmentdə ifşa edilmiş deputatı Leonid Sluski daxildir.

“Sizin bütün gələcək hökumətiniz Nisanovun yanında işləyir”, – iri azərbaycanlı və rusiyalı sahibkar və Nisanovun keçmiş işgüzar partnyoru İlqar Hacıyev istehza ilə deyir. O, hazırda Londonda yaşayır, belə ki Rusiyada Hacıyevə qarşı dələduzluqla bağlı cinayət işi açılıb, biznesi isə özünün dediyinə görə, Nisanovlar ailəsinə keçib. Hacıyev Nisanovun çevrəsindən ən uğurlu rusiyalı rantyenin biznesi barədə mətbuata danışmağı qərara alımış ilk adamdır.

Prezidentin əsas casusu

“Avropalı” ilk baxışda Moskvanın digər ticarət mərkəzlərindən heç nə ilə fərqlənmir. Onun inşası vaxtilə qalmaqalsız ötüşməyib – Təbiətin istifadəsi sahəsində nəzarət üzrə federal xidmətin rəhbərinin müavini Oleq Mitvol və Dövlət Dumasının deputatı Aleksandr Xinşteynin dediyinə görə, inşaatın ucbatından metro dağılır. Onlar hətta bir dəfə yoxlama ilə birgə inşaat meydançasına daxil olmağa çalışdılar. Nəticədə keçikçilər Xinşteynin barmaqlarını əzdilər. İnşaat ümumilikdə mübahisəli gedirdi – Rəhimovdan başqa,“Avropalı”nın həmsahiblərindən biri Moskva merinin dostu Yuriya Lujkova Zurab Sereteli idi. 2013-cü ildə “Kiyev meydanı” elan etdi ki, məşhur heykəltəraşın artıq payı yoxdur, əvəzində məlum oldu ki, TM-də 15 faiz paya Manana Popova – Seretelinin başçılıq etdiyi Rusiya Rəssamlıq Akademiyasının akademiki daxildir.

“Nisanovun ticarət mərkəzlərinə qarşısıalınmaz ehtirası var”, – “Layihə” ilə söhbətində hökumətin sabiq üzvü, Hacıyevin tanışı gülümsəyir. Hətta Nisanovun şəxsi ofisi ona məxsus olan biznes mərkəzlərindən, mərkəzdə yerləşən tarixi malikanələrindən birində, ya da heç olmasa “Ukrayna”da deyil – orda partnyoru İliyevin ofisi var – “Avropalı”da yerləşir.

Nisanovun kabinetinə giriş xüsusi olaraq seçilmir – bu, ticarət mərkəzinin beşinci mərtəbəsində, maşınların park yerində lövhəsi olmayan dəmir qapıdır. “Dəbdəbəli kabinetdir, heç ticarət mərkəzində olduğunu deməzsən”, – Nisanovun keçmiş işçisi söyləyir. İçəridə hətta hamamla hovuz, massaj və manikür kabinetləri var – bütün bunlar təkcə Nisanovun deyil, həm də onun dostluq etdiyi kəslərin qulluğundadır.

Hər gün üzməyə öyrəşmiş XKX-nin rəhbəri Narışkin məhz ora, Nisanovun şəxsi hovuzuna getməyə başlayıb. “Layihə”nin müxbirləri bir neçə dəfə Narışkinin hər gün eyni vaxtda Nisanovun ofisinə gəldiyini müşahidə edib. XKX-nin rəhbəri içəridə, adətən, bir saatdan artıq qalır. Sürücüsü maşını park etdikdən sonra diqqəti cəlb etməmək üçün siqnal aparatını çıxarır, narışkin qayıtdıqdan sonra isə yerinə taxır. “Layihə”nin Narışkini “Avropalı”nın beşinci mərtəbəsində müşahidə etdiyi bütün hallarda onun yanında daha bir kişi olub. Bu adam Azərbaycan səfilriyinin diplomatik nömərli BMV-də gəlib. Hadisə Azərbaycanla Ermənistan arasındakı sərhəd müharibəsinin qızğın çağında baş verib, lakin baş kəşfiyyatçının mötəbər azərbaycanlılarla bu cür yaxınlığının səbəbi çətin ki təkcə siyasət olsun. Məsələ həm də sərfəli dostluqdadır.

1/2 Xarici Kəşfiyyat Xidmətinin rəhbəri hər gün Qod Nisanovun “Avropalı”dakı ofisinə gəlir

1/2 Xarici Kəşfiyyat Xidmətinin rəhbəri hər gün Qod Nisanovun “Avropalı”dakı ofisinə gəlir

Mənbə: proekt.media

Səfir maşınındakı adam Elman Bayramov, Qod Nisanovun yaxın çevrəsinin üzvüdür. O, konyak, portveyn və araq buraxan “Mosazer şərab zavodu”nun sahibidir. Bayramov bütün bunlardan başqa Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun ailə üzvüdür: biznesmenin qızı siyasətçinin oğluna ərə gedib.

Bayramov Narışkinlə hələ sıfırlardan, onlar Rublyovo-Uspensk şosesində bağ qonşusu olduğu zamanlardan dostluq edir. Narışkini Nisanovla məhz Bayramov tanış edib. Rusiyanın baş kəşfiyyatçısının ailəsi hovuzdan savayı, biznesmenin digər bonuslarından da yararlanır: məsələn, Nisanovun şəxsi biznes-ceti Gulfstream G 65-dən. “Layihə”nin əlində olan sənədə görə, XKX-nin rəhbərinin qızı Veronika Narışkina Bakıya Nisanovun təyyarəsində uçub. Bundan başqa, Narışkin ailəsi dəfələrlə biznesmenin cetində xizək sürməyə, məsələn, 2104-cü ilin qışında Avstiyaya uçub. Bunu deyən İlqar Hacıyev onlarla birlikdə uçduğunu de qeyd edir. Nisanov serfinq həvəskarı olan Narışkinanı, üzgüçülük üzrə idman ustasını öz şirkətinə, “Siqma investisiya qrupu”na işə götürüb – qadın dəbdə olan “Depo” fudklasterinə rəhbərlik edir. Veronika öz 30 illiyini Nisanova mənsub olan “Radisson flotiliyası”nda rəfiqəsi – Azərbaycan prezidentinin qızı Leyla Əliyeva ilə birgə keçirib.

Veronika Narışkina (mərkəzdə) və Leyla Əliyeva (sağdan ikinci)

Veronika Narışkina (mərkəzdə) və Leyla Əliyeva (sağdan ikinci)

Mənbə: instagram.com

Narışkina öz “Instagram” səhifəsində hələ açılışı olmayan “Depo”nun ilk axşam qonaqlığına biletlər təklif edib

Narışkina öz “Instagram” səhifəsində hələ açılışı olmayan “Depo”nun ilk axşam qonaqlığına biletlər təklif edib

Mənbə: instagram.com

Narışkinanı Nisanovun əhatəsi ilə daşınmaz əmlakla bağlı qəribə sövdələşmələr də bağlayır. 2011-ci ildə Veronika Narışkina Yeni Arbat rayonunda elit “Kompozitorskayada ev”də 200 kvm-lik mənzilin sahibi olub. Mənzilin bazar qiyməti 100 milyon rubldan artıqdır. Bu mənzili alarkən XKX-nin qızının 23 yaşı olub. O, həmin yaşda özünü üzgüçülükdən başqa heç yerdə göstərməyib. Ömrü boyu dövlət xidmətində işləyən Narışkinin gəliri isə həmin il 5 milyon rubl olub.

DƏVDR (Daşınmaz Əmlakın Vahid Dövlət Reyestri )-dən çıxarış

DƏVDR (Daşınmaz Əmlakın Vahid Dövlət Reyestri )-dən çıxarış

Mənbə: ЕГРН

Cəmi iki ay sonra Narışkina bu mənzili daha bir elit binada, amma paytaxtın cənub-qərbində yerləşən başqa rayonunda başqa mənzilə dəyişdi. Mənzilin sahəsi 180 kv m, bazar qiyməti isə təxminən 100 mln rubldur.

DƏVDR (Daşınmaz Əmlakın Vahid Dövlət Reyestri )-dən çıxarış

DƏVDR (Daşınmaz Əmlakın Vahid Dövlət Reyestri )-dən çıxarış

Mənbə: ЕГРН

Onun mənzilini dəyişdiyi adamın adı Aleksey Kalaşnikovdur. “Layihə”nin aydınlaşdırdığı kimi, bu, “Mosazer şərab zavodu”nun əməkdaşır, Bayramovun yaxın adamıdır: YHTDİ(Yol Hərəkəti Təhlükəsizliyinin Dövlət İnspeksiyası)-nın məlumat bazasında Kalaşnikovun mobil telefonu biznesmenin “Mersedes-Benz”inə bağlanıb. Kalaşnikov 2017-ci ildə Arbatdakı mənzili Nisanovun Krasnaya Slobodadan olan həmyerlisinə, Robert Uzilova satıb. Bu adam Lyublinoda yerləşən “Moskva” ticarət mərkəzinin meydanlarının sahiblərindən biridir. O, həm də “Sadovod” bazarının Direktorlar Şurasının sabiq üzvüdür. Satışın pullarının kimə çatdığı məlum deyil. Kalaşnikovun özü Sevastopol prospektində yerləşən adi evlərdən birində qeydiyyatdadır.

“Layihə” XKX-dən Narışkin və ailəsinin hansı şərtlərlə Nisanovun mülkün istifadə etməsi haqda izahat ala bilməyib. Qurumda bəyan ediblər ki, öz direktorları və ailəsinin “şəxsi həyatı”nı şərh etmirlər. Narışkinin mənzili haqda suala isə məhəl qoymayıblar. Veronika Narışkina “Layihə”yə bəyan edib ki, “Depo”da işləmir, o, “idmanın su növünün inkişafı ilə məşul olub və məşğul olmağa davam edir”, bir də onu narahat etməməyi xahiş edib.

Qanun məmurlara bu cür hədiyyələrlə bağlı nə deyir

“Layihə”nin müxbiri hökumətin keçmiş yüksək vəzifəli əməkdaşından Qod Nisanovun biznesində çətinliklər meydana çıxdıqda kim onun dadına çatır sualına gözlərini bərəldib: “Bu, çox mühüm adamlardır”.

  • Yaxınlarda biz Qodla və rusiyalı oliqarx Rotenberqlə birgə Moskvadan Bakıya uçurduq. Qod birdən dedi: bilirsən nəyi xatırlayıram? Bir dəfə biz Tovuzda olduq və sizin ananız xəngəl bişirdi. Onun dadı hələ də damağımdadır, – Nisanovun partnyoru və Putinin tələbə yoldaşı İlham Rəhimov bir dəfə Azərbaycanın “Yeni Müsavat” qəzetinə danışıb.

“Layihə”nin bir neçə həmsöhbəti Nisanovun Putinə yaxın olan Rotenberq qardaşları ilə dosltluğu barədə danışır. Bu, həmçinin dostluqdan daha böyük bir şeydir. Bu biznesdir.

Kiçik qardaş, Boris Rotenberq hətta Nisanovla Zarax İliyevin doğma kəndində – Krasnaya Slobodada qonaq olub.

2013-cü ildə Nisanovun strukturu Moskva ətrafında, Kaluısk şosesində iri əraziyə malik olan “Plamya” şirkətini alıb. İşgüzar mətbuat həmin vaxtadək “Plamya”nı Rotenberq qardaşları ilə bağlayıb. Alqı-satqıdan az sonra “Plamya”nın ərazisində “Fud Siti” bazarı açılıb.

“Yemək şəhəri”, “Avropada ən iri aqroklaster” – 2014-cü ildə “Moskva 24” şəhər hökuməti televiziya kanalında “Fud Siti”nin açılışını bu cür sözlərlə reklam ediblər. Bazarı şəxsən Nisanov və Sergey Sobyanin açıb.

“Fud Siti” gerçəkdən iridir: bağlı ticarət pavilyonu ilə birgə 124 hektar ərazi. Hərçənd ümumilikdə bu adi şərq bazarıdır: alverçilərlə bazar bağlanana yaxın da sövdələşmək olar, məsələn, bir yeşik manqonu cəmi 200 manata almaq mümkündür.

Nisanovun yanında işləyən mənbə deyir: Arkadi Rotenberq indiyədək də Nisanovun “Fud Siti”də adı heç yerdə çəkilməyən partnyorudur. “Plamya”nın mülkiyyətinin strukturunu tədqiq etsək, şirkətin 20%-nə günü bu gün də Lyudmila Derqun sahiblik edir. Əslən Krasnodar rayonundan olan bu 70 yaşlı qadın təqaüdə çıxmazdan öncə Sankt-Peterburq uşaq bağçalarından birində işləyib. Onun qohumları həmçinin uğurlu biznesmenlərə oxşamırlar. Derqunun gəlini, oğlu Aleksandrın arvadı bu məqalə yazıldığı vaxt “Avito”da 200 rubla uşaq önlüyü satırdı. Aleksandr özü isə “Aysberri” dondurması daşıyan sürücü işləyir. “Layihə”nin müxbirləri ona zəng edəndə Derqun anasının biznesi haqda heç nə bilmədiyini söyləyib.

Nisanov və Rotenberq həmçinin “Moskva Siti”də layihə ilə əlaqələdir: elə həmin “Plamya” şirkəti orda növbəti yüksəkmərtəbəli bina inşa etməyə hazırlaşıb, lakin 2017-ci ildə göydələnin layihəsinin sahibi Rotenberqin partnyoru və etibarlı siması Qriqori Bayevski oldu.

Rotenberqlərin nümayəndəsi “Layihə” ilə söhbətində deyib ki, biznesmenlərin “Fud Siti” ilə heç bir əlaqəsi yoxdur, onlar Nisanovla yaxın dost deyillər – qardaşlar “bir çox başqa biznesmen kimi, sadəcə onunla tanışdır”.

Prezidentin özü, hərçənd başqası

2014-cü ilin yayında “Arxnadzor” hərəkatının koordinatoru Andrey Noviçkov bir gün Moskvada 1-ci Tversk-Yamsk küçəsində gedirmiş. O, 22 saylı evin yanında ayaq saxlayır. İnqilabdan əvvəl inşa edilmiş, Proşinlərin gəlir evi, Moskva moderninin nadir nümunəsi tamamilə saxta fasadla əhatələnmişdi. İçəri boylanan Noviçkovun gözləri kəlləsinə çıxır – bina yerli-dibli yox idi.

Moskvada Tversk-Yamsk küçəsində sökülmüş 22 saylı ev

Moskvada Tversk-Yamsk küçəsində sökülmüş 22 saylı ev

Mənbə: Arxnadzor/archnadzor.ru

Bu, sadəcə tarixi malikanə deyildi – onun fasadını novruzgüllərinin təsviri ilə friz bəzəyirdi, bu friz sqraffito texnikası ilə çəkilmişdi – Rusiyada bu cür binalar artıq yoxdur.

Sən demə, plana görə bina tikən heç nəyi sökə bilməzdi – yenidənqurma prosesində fasadın qorunub saxlanması mütləq şərt idi. Nəticədə podratçı 1,5 milyon rubl cərimə ödədi, inşaat icazəsini geri aldılar, meriya nümayəndələri nümayişkaranə qəzəbləndilər. Moskvanın o zamankı merinin müavini Marat Xusnullin “ən sərt ölçü tədbirləri götürüləcəyi”ni bəyan etdi: “Moskvanın normal qaydalarına uyğun işləmək istəmirlərsə, deməli, işləməyəcəklər”. Hakimiyyət şirkətin arxasında kimin dayandığını eləcə də söyləmədi və tezliklə bu xoşagəlməz hadisəni unutdular. 2017-ci ildə ara sakitləşəndən sonra meriya inşaat üçün yeni icazə verdi – icazə əvvəlkitək nədənsə “yenidənqurma” adlanır, hərçənd artıq yenidən qurulmalı heç nə qalmayıb. Sənəddən belə məlum olur ki, icazəni “Atlantik Aeronautik” şirkəti alıb. O, elə bu sahənin əvvəlki sahibi olub və Proşinlərin evini onun razılığı ilə söküblər.

“Atlantik Aeronautik” Azərbaycanda, Bakıda, Lev Tolstoy küçəsində, 17- saylı evdə qeydiyyatdan keçib – Azərbaycan prezidentinin ailə şirkəti PASHA holdinqə daxil olan “PASHA Insurance” şirkətinin ofisi də orda yerləşir. Maraqlıdır, bütün bu illər ərzində Moskva meriyası 1-ci Tversk-Yamsk küçəsindəki tarixi abidəni əslində kimin sökdüyünü yaxşı bilib. Moskva Şəhər Əmlakı Departamentinin bina söküləndən bir il sonra inşaata – “Atlantik Aeronautik” şirkətinə qarşı irəli sürdüyü iddiada ikinci cavabdeh kimi birbaşa Azərbaycan prezidentinin qızı Leyla Əliyeva göstərilib.

Proşinlərin evi üzrə “Mirett” sifarişçi şirkətin direktoru Tofiq Hüseynovdur. O, əvvəllər Leyla Əliyevanın “Media Lend” şirkətinin sahibi olub. Leyla Əliyeva Rusiyada “Bakı” jurnalına rəhbərlik edir. “Atlantik”in Rusiya nümayəndəliyinin direktoru Tatyana Yeqorova, Rusiyada “Caspian Coast Winery & Vineyards”ın sabiq rəhbəridir. Bu şirkət Azərbaycanın Vergilər Nazirliyinin keçmiş əməkdaşı Əşrəf Kamilovun “Synergy Group”un tərkibinə daxildir. Əşrəfovu OCCRP öz araşdırmasında Əliyevlər ailəsinin yaxın silahdaşları adlandırıb.

Prezident qızının biznesi Qod Nisanovun biznesinə də yaxındır.

Onun nə dəxli var? Rusiyada Əliyevaya məhz o, maliyyə yardımı göstərir. “Kiyev meydanı”na daxil olan BMK (Beynəlxalq Maliyyə Korporasiyası) şirkəti “Atlantik”in götürdüyü minimum 400 milyon rubl kreditin zəmanətçisidir. Bundan başqa, Qod Nisanovla əlaqəli olan “Akkord Xüsusi İnşaat” şirkəti Azərbaycanın XTNS-dəki pavilyonunu yenidən qurub (pavilyonu Leyla Əliyevaya yaxın olan “Bakı biznes mərkəzi”idarə edir) . “Akkord Xüsusi İnşaat”ın təsisçiləri İlqar Hacıyev və iki kişi olub. “Kiyev meydanı”nın biznesləri əvvəllər onların adlarına rəsmiləşdirilib. Hacıyev deyir ki, onlar “Akkord”da Nisanovu təmsil ediblər.

“Kiyev meydanı” necə Rublyovkaya köçdü

Azərbaycan rəhbərliyi ilə yaxın münasibətlər Nisanovu beynəlxalq siyasətə gətirdi. 2020-ci ilin yayında yeni erməni-azərbaycan münaqişəsinin başlaması ilə “Fud-Siti” bazarı haqq-hesab çürütmək yerinə çevrildi: erməni tacirlərini furaları ilə birgə əraziyə buraxmamağa başladılar. Nisanovun partnyoru İlham Rəhimov Azərbaycanın “Yeni Müsavat”qəzetinə müsahibəsində lovğalanırdı ki, ermənilərin itkiləri “yüz milyonlarla” olub: “Hamısı zibilliyə gedir”. Dediyinə görə, Rusiyanın rəsmi simaları onunla əlaqə saxlayıb, lakin o və Nisanov deyib: “Bu işə burnunuzu soxmayın”. Çözüm Azərbaycan diasporasının ayrı-ayrı nümayəndələrini sevincə qərq edib: “Layihə”nin həmsöhbəti “Fud Siti”nin rəhbərliyinə hörmətini nümayiş etdirmək üçün ora xüsusi olaraq necə getdiyini danışır. Bazara danışıqlara gələn erməni diplomatlarını “Vityaz” ŞMT (şəxsi mühafizə təşkilatı) keşikçiləri ərazidən çıxarıb.

Dağ vityazları

“Vityaz”– Nisanova yaxın olan mühafizə agentliyidir və sabiq xüsusi təyinatlılar maksim Kotovla Pyotr Şutkoya məxsusdur. Kotov “Kiyev meydanı”nın təsisçisi ilə hələ “Sadovod” vaxtından tanışdır. “Vityaz”lar təkcə Nisanova xidmət etmir: onlar özünü hələ Arkadi Rotenberqin şirkəti Moskva-Peterburq trassasını inşa edərkən göstərib. Bu inşaata görə Ximkin meşəsinin bir hissəsi qırılıb: ağacların kəsilməsinə qarşı keçirilən etiraz aksiyasında “Vityaz”ın əməkdaşları fəalların dişlərini və burunlarını sındırıb. Onlar Moskva ətrafında yerləşən Jukovski şəhərində trassanın inşa edilməsi üçün ağaclar qırılanda Saqovsk meşəsinin müdafiəsinə qalxan adamları da döyüblər.

Hazırda “Vityaz” “Kiyev meydanı”nın əsas obyektlərini və Nisanovun özünü qoruyur. O, hətta Soljenisın küçəsində “Safra İnstruments”(“Kiyev meydanı”nın tərkibinə daxildir) şirkətinin ünvanı ilə qeydiyyatdan keçib. Hacıyevin dediyinə görə, məhz “Vityaz”ın köməkliyi ilə onun SDI şirkətinin batması həyata keçirilib. “Vityaz”ın tərkibində “mobil briqadalar” var ki, bu cür tapşırıqları onlar yerinə yetirir.

Nüfuzlu dostların çoxluğu mütləq Nisanovun biznesinə xeyir gətirməlidir. Bu, bax belə baş verir.

Bazar münasibətləri

Hazırda paytaxt bazarlarının kralıdır və bu titulu hətta mer Sobyaninin şəhərtə qeyri-mütəşəkkil ticarətlə ardıcıl mübarizəsi də sarsıda bilməyib. Sobyanin paytaxtda peyda olan kimi bazarlara müharibə elan etdi. Bazarları istənilən, hətta aydın olmayan səbəblərlə bağlayırdılar – məsələn, Pokrovski tərəvəz bazasını “biryulev talan”ı zamanı ora millətçilər hücum çəkəndən sonra ləğv etdilər.

Nisanovun bazar imperiyasə isə əksinə, böyüməkdə davam etdi. “Sadovod”. “Fud Siti”, “Cənub darvazaları”. “Velezovodski”, “Prajski”, Lyublinada “Moskva”, Ximkaxda “Sol sahil” – onların hamısı “Kiyev meydanı”na məxsusdur. “Fud Siti” Sobyaninin elə xoşuna gəlib ki, o, Moskvada minimum üç belə bazarın olacağını elan edib. Onları da yəqin ki Nisanov inşa edəcək.

“Fud Siti” bazarı

“Fud Siti” bazarı

Mənbə: proekt.media

2009-cu ildə qanunu çoxsaylı şəkildə öozduğuna görə bağlanmış keçmiş Çerkizov (“Çerkizona”) bazarının hətta böyük bir hissəsi indiyədək də “Kiyev meydanı”nın tərkibinə daxil olan “İliyev Firması”nın sərəncamındadır.

“Çerkizon”un bağlanması “Sadovod” bazarına əl verdi. Həmin vaxt artıq onun sahibi “Kiyev meydanı” idi. Bazar 2003-cü ildə Moskvadan ərazinin idarəsinin icazəsini aldı. Rəqiblər, daha bir paytaxt bazarının – “Emeral”ın sahibləri meriyanın bu qərarına qarşı çıxmağa çalışdı, amma bu, nəticəsiz qaldı. 2011-ci ildə isə “Emeral”ı da Sobyanin ora təşrif buyurandan sonra bağladılar. Merə elə gəldi ki, burda şərait “Hindistanın kasıb əyalətlərində” olduğu nkimidir. “Emeral”a indi kim sahib çıxıb? Əlbəttə ki, “Kiyev meydanı”.

“Sadovod”bazarı bu zaman Çerkizov bazarının filialı kimi görünür: piştaxtalarda saxta malların çoxluğu və yalnız nağd pulla alış-veriş. Həm “Sadovod”, həm “Moskva” ticarət mərkəzi, həm “Fud Siti” Moskvada nağd pulla işləyən ən iri nöqtələrdir. Onların aylıq dövriyyəsi 600 milyard rubldur. Bu məbləğin, demək olar ki, heç bir hissəi bank sistemində əks olunmur. Bu, Moskvada pərakəndə ticarətin aylıq dövriyyəsindən daha çoxdur. “Sadovod”da “boz” sxemlərin çoxluğu o dərəcədədir ki, Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina şəxsən bununla bağlı Putinə şikayət edib.

“Sadovod” bazarı

“Sadovod” bazarı

Mənbə: proekt.media

Orda isə, “Sadovod”da bu nağd pullar gəlirə çevrilir. Məsələ burasındadır ki, “Sadovod” ən azından son dövrədək kriptovalyutanın nağdlaşdırılmasına görə Moskvada ən iri mərkəz olub.

Kriptobiznesdə əsas vasitəçilər çinli tacirlərdir. “Əvvəllər onlarla əlaqə qurub, kriptanın olduğunu söyləmək olardı. Onlar mağazanın və sıranın nömrəsini deyirlər, gəlirsən, arvadlar piştaxtanın altından çıxarırlar, onların yanında kriptanı pulqabına ötürüsən, keşi götürürsən”, – “Layihə”nin həmsöhbətlərindən biri deyir. Kriptovalyutalar həmçinin Çindən gətirilmiş mala görə pul vermək üçün istifadə olunurdu: alıcı Moskvada rublla ödəyirdi, onlar rəqəmsal pullara çevgrilirdi, ÇXR-na ötürülürdü, orda göndərən artıq yuani alırdı.

Əməliyyat faizlərini bazar sahibləri alırdılar. “Layihə”nin iki həmsöhbəti təsdiqləyir. Onlardan biri bu “komissiya”nın ölçüsünü əməliyyatın 0,5%-i qədər dəyərləndirib.

2019-cu ildə Rusiya Maliyyə Monitorinqinin rəhbəri Yuri Çixançin prezident Putinlə görüşündə “Sadovod”da nağd pulların kölgə dövriyyəsindən şikayətlənib. Elə həmin gün bu bazarlarda axtarışlar başlayıb. Mətbuatda belə bir məlumat gedib ki, güc strukturlarının əməkdaşları o cümlədən kriptovalyuta fermaları axtarıb. Sonra aralıq sakitləşib. Nisanov təsdiqləyirdi ki, axtarışlara səbəb “iki Qafqaz qruplaşmasının davası olub”. Belə ki həmin qruplaşmaların üzvləri onun icarədarları imiş. Bununla belə, Nisanovun yüksək vəzifəli tanışının dediyinə görə, “Qod problemi anlayır və nağd pulların həcmini tədricən azaltmağa çalışır”. Hərçənd indiyədək də elə həmin “Fud Siti”də hətta maşının park edərkən belə kartla ödəyə bilməzsən.

Forbes jurnalı “Kiyev meydanı”nın icarədən gəlirini misli görünməmiş 1,6 milyard dollar həcmində dəyərləndirib. Şirkət uzun illərdir ki, “Rusiya daşınmaz əmlakının kralları”reytinqində birinci sətri tutur. Jurnal kommersiya daşınmaz əmlakının sahiblərinə gətirə biləcəyi potensil gəliri hesablayıb, Nisanov Forbes-in qiymətləndirməsi ilə hətta razılaşıb. Lakin nədənsə “Kiyev Meydanı”nın rəsmi hesablamasında tamam başqa şey göstərilir. Burda məbləğ qat-qat azdır. Həmin hesablamaya görə, Nisanovun işləri o qədər də yaxşı getməməlidir.

"Kievskaya ploşad"ın gəlirlər

"Kievskaya ploşad"ın gəlirlər

Mənbə: "Spark-İnterfaks"ın 2019-cu il üçün məlumatları əsasında ("Elektornıy ray" TM-nin — 2018-ci il üçün)

Misal üçün, Nisanovun hesablamalarına görə, “Fud Siti” Moskva bölgəsini 70% meyvə-tərəvəzlə, 25%-sə ətlə təmin edir. Lakin bu həcmə baxmayaraq, bazar ziyana işləyir. Hesablamalara görə,“Sadovod” icarədən 1,4 milyard rubl alır, özünü saxlamaq üçün isə 1,2 milyard rubl xərcləyir. Bununa belə, “Sadovod”da 8 min ticarət nöqtəsi var, icarədarlarsa danışıblar ki, orta hesabla aylıq icarə haqqı, demək olar ki, 200 min rubldur. Bu isə ildə bir neçə milyard deməkdir. Moskva dairəvi avtomobil yolundakı nəhəng “Cənub darvazaları” ticarət mərkəzinin icarədən götürdüyü gəlir 600 milyon rubldur, şirkət bu məbləğin hamısını TM-nin saxlanmasına və idarə xərclərinə sərf edir, gəlir, demək olar ki, qalmır. Nəhəng “Moskva” ticarət-bazar kompleksinin icarədən götürdüyü gəlir ildə cəmi 36 milyon rubldur.

Onların küçəsi

Nisanovun 2013-cü ildə Forbes jurnalına verdiyi ilk müsahibəsində sahibkar öz biznesinin girov hərraclarından başlamadığı ilə fəxr edirdi. Dediyinə görə, biznesi günü bu gün də dövlət layihələri ilə bağlı deyil. Birincisi həqiqətdir, ikincisi isə o qədər də gerçəyə uyğun deyil.

Yaxınlarda Moskva Kiyev vağzalının yanındakı və “Avroplaı” ticarət mərkəzinin qarşısındakı ərazinin abadlaşdırılmasının qayğısına qaldı. Podratçı ARPT şirkəti seçildi. Şəhər bu layihəyə görə təqribən 3 milyadr rubl ödədi ki, bu da ARPT şirkətinə mövcudluğu dövründə ən bahalı hədiyyə oldu. ARPT son dörd ildə dövlət müqavilələrindən cəmi 30 milyard rubl almışdı. Bunlar əsas etibarı ilə abadlaşdırma ilə bağlı olub.

Moskvada “Avropalı” TM

Moskvada “Avropalı” TM

Mənbə: ticarət mərkəzinin saytı

ARPT-nin sahibi Andrey Nikolayev və Yuliya Zinçenko adlı şəxslərdir. Onların kim olduğu məlum deyil. Lakin şirkətin dövlət tenderlərində udduğu pulların hara getdiyini müəyyənləşdirmək olar. Məsələn, 2019-cu ildə ARPT 6,3 milyard mədaxil alıb və demək olar ki, analoji məbləği digər şirkətlərin hesabına köçürüb – alıcı firmalar Nisanova və “Kiyev meydanı”na yaxındır.

Beləcə, ARPT-nin hesabatında deyilir ki, elə həmin il o, “Respik” şirkəti ilə 2,5 milyard rubl dəyərində müqavilə bağlayıb. “Layihə” eyniadlı şirkəti tapıb. Bu, sahibləri məlum olmayan inşaat tədarükçüsüdür. “Respik”in telefon nömrəsi digər şirkətin – “Praymtelekom”un nömrəsi ilə üst-üstə düşür. Onun səhmdarları “Kiyev meydanı”na daxil olan qastroklaster “Depo”nin həmsahibləri dağ yəhudisi Murad Benyaminov və Marina Tamminendir. Tamminen yəqin ki biznesin kağız üstündə sahibidir: əslində isə o rieltordur. Tamminenə qədər onun “Praymtelekom”dakı payı sevgilisi Sergey Livanskinin adına yazılıb. Bu şəxs elə həmin ARPT firmasında işləyir, əvvəllərsə Sankt-Peterburqda kiçik menecer olub.

ARPT şirkətindən daha 2 milyard rublu “Prostroy” şirkəti alıb. Bu cür adda şirkətə Leninqrad vilayətinin Tixvin şərində doqquzmərtəbəli binada Livanskinin 54 yaşlı qobşusu Yevgeni Ostaşkeviçdir. “Prostroy” sadəcə ARPT-dən subicarə almayıb, o həm də bilavasitə Moskva büdcəsindən sifarişlər götürüb, məsələn, 2019-cu ildə “Filatov çəmənliyi” parkının abadlaşdırılması üçün 500 milyon rubl dəyərində sifariş alıb.

ARPT-nin daha bir icarədarı Azərbaycanın XTNS-də pavilyonunu yenidən quran “Akkord Xüsusi İnşaat” olub. Onu həm də sadovoy-Suxaryovskayada abadlaşdırma işləri üçün tutublar. “Akkord”un həmsahibi İlqar Hacıyev “Layihə” ilə söhbətində deyib ki, onda olan məlumatlara görə, ARPT-nin biznesinə Nisanovun xalası oğlu Vladislav Yusubov kuratorluq edir.

ARPT-nin əsas sifarişçiləri Moskva və Tuladır. Tula vilayətinə Aleksey Dyumin, Nisanovun partnyoru Artyom Dyuminin qardaşı rəhbərlik edir. ARPT son iki il ərzində “Tula sahili” MMC ilə 750 milyon rubldan çox müqavilə bağlayıb, o, daha 3 milyardı Tula malikanələrin bərpası üçün alıb.

Nisanovun Moskva meriyası ilə müqavilələrdən qazandığını sübut edən digər dəlillər də var.

Marina Tamminen

“Siqma investisiya qrupunda” – “Depo” brendində 5%

Rieltor şirkətində operator-dispetçer, Sankt-Peterburqda yaşayır.

Sergey Livanski

ARPT şirkətinin əməkdaşı. Lesqaft adına NDU-ni bitirib, Sankt-Peterburqda yaşayır.

“Krasnaya Sloboda” MMC

2013-cü ildə azərbaycanlı inşaatçı İlqar Hacıyev Moskvaya ekspansiyaya cürət edib. Rusiyada nüfuzlu partnyorlar olmadan işləmək çətindir, hacıyev belə hesab edib, o, nəticədə həmyerliləri – Zaxaryev qardaşları ilə, uşaqlıq dostları və Nisanovun uzaq qohumları ilə müştərək biznesə başlayıb. Beləcə, o, Nisanovun özü ilə işləyib.

German Zaxaryev, Qod Nisanov, Elman Bayramov və İlqar Hacıyev

German Zaxaryev, Qod Nisanov, Elman Bayramov və İlqar Hacıyev

Mənbə: proekt.media

Hacıyevin dediyinə görə, German Zaxaryev, Qod Nisanov, Elman Bayramov və İlqar Hacıyev sınaq şarları idi. Moskvanın Şərq inzibati dairəsindəyolun təmiri üçün onun şirkətini subicarəçi kimi götürdülər. “O mənim tikə bildiyimdən, mənsə onun resurs ola biləcəyindən əmin olduq”, - Hacıyev deyir. Bundan sonra, Hacıyevin dediyinə görə, Albert İmanilov adlı birisinə, Nisanovun yalançı nümayəndəsinə Hacıyevin “Akkord Xüsusi İnşaat”, “Akkord konstrakşn”, “Akkord daşınmaz əmlak” şirkətlərinin, SDI brendi ilə bir neçə şirkətin 50%-i verildi.

“Nisanov deyirdi ki, Rəhimov və Rotenberqlərin sayəsində Putinlə istənilən məsələni həll edə bilər”, – Hacıyev xatırlayır. Partnyor öz əlaqələri sayəsində həqiqətən də Hacıyevin şirkətlərini bir neçə dövlət müqaviləsi almaqla təmin edib. O cümlədən onların ümumi “Akkord Xüsusi İnşaat”ı Moskvada küçələrin təmirinə 4,7 milyard həcmində müqavilələr bağlayıb. Biznesmen danışır ki, partnyoru ondan müqavilələrə görə məsuliyyət daşıyan meriya nümayəndələrinə ötürmək üçün müntəzəm olaraq nağd pul istəyib. Hacıyevin dediyinə görə, bir dəfə Nisanovun xalası oğlu Vladislav Yusubov ondan Pyotr Biryukova – Sobyaninin mənzil-kommunal təsərrüfatı məsələləri üzrə müavininə vermək üçün 100 milyon rubl hazırlamağı xahiş edib. Onların görüşü Sadovo-suxaryovskaya küçəsində baş tutub. Hacıyev və İmanilovun şirkəti bu küçədə abadlaşdırma işləri aparırdı. Hacıyev, dediyinə görə, nağd pulla dolu portfeli Yusubova verib. O da əlində portfel Biryukovun maşınına oturub və ordan çıxanda artıq əlində heç nə olmayıb.

Lakin 2018-ci ilin yazında partnyorların münasibətlərində problemlər başlayıb. Nisanov Hacıyevdən şirkətdəki payını İmanilovun adına keçirməsini tələb edib. Şirkət həmin vaxt Moskva ətrafında “Piroqovski rivyer”yaşayış kompleksi inşa edib. Nisanov bəyan edib ki, Hacıyev əgər yaşayış kompleksini manesəiz tikmək istəyirsə, bunu etməlidir”, belə ki onun – Nisanovun “Moskva vilayətinin hökuməti ilə çox yaxşı münasibətləri var”. Hacıyev “Layihə” ilə söhbətində Nisanovla o görüşünü daha parlaq şəkildə təsvir edir. Nisanovun “Avropalı”dakı ofisində Hacıyevi bir neçə silahlı adam qarşılayıb və pay “sözün hərfi mənasında tapançanın lüləyi altında” İmanilovun adına keçib.

Hacıyevin əməkdaşlarının hüquq-mühafizə orqanlarına verdiyi sənədlərdən belə çıxır ki, daha sonra onun şirkəti güclə əlindən alınıb.

Nisanovun şirkətlərinin mülkiyyət strukturu maksimal şəkildə qarışıqdır. Belə təəssürat yaranır ki, “Kiyev meydanı”nın biznesində uşaqlar da daxil olmaqla Krasnaya Slobodanın hər bir sakini iştirak edir. “Layihə”rəsmi oaraq ”Kiyev meydanı”na məxsus olan şirkətlərin 40 müxtəlif təsisçisinin olduğunu hesablayıb.

“2019-cu il yanvarın 24-də ofisə “Vityaz” şəxsi mühafizə təşkilatının əməkdaşları soxuldu. Ertəsi gün şirkətin baş ofisinə Vladislav Yusubov gəldi. O elan etdi ki, bundan belə şirkətin sahibi odur və bütün əməkdaşlar onun göstərişlərinə əməl etməlidirlər. O həmçinin bank açarlarının təhvil verilməsini tələb etdi”. – İK-nə DİN-ə göndərilmiş ərizələrdə deyilir. Hacıyevin əməkdaşları təsdiqləyirlər ki, şirkət başqa əllər keçdiukdən sonra ordan pulları çıxarmağa başladılar. Bu pullar o cümlədən ARPT şirkətinə ötürüldü. O, istiqraz şəklində 300 milyon rubl aldı.

Nisanovun əlaqələri bununla məhdudlaşmır. Məsələn, Hacıyevin dediyinə görə, onun biznesinin ələ keçirilməsi əks olunan videoyazılarda Flera Teplinskaya var. O əvvəllər şirkətin direktoru, “Kiyev meydanı”na daxil olan“Vorobyovski” biznes mərkəzinin idarəçisi olub. Videoda Teplinskaya aşkar həyəcanla “Qod Semyonoviç”dən göstərişlər gözləyir – o öz həmsöhbətini belə adlandırır. Digər videoda həmin qadın kağız paketə iri həcmdə nağd pullar qoyur. Üçüncü videoda Teplinskaya “Vityaz”ın keşikçisinin müşayiəti ilə Kutuzov prospekti 1/7-də, yaşayış evinin yanında görünür. Bu evdə Elman Bayramovun mənzili var.

“Layihə”nin ixtiyarında Hacıyevin ərizəsi ilə cinayət işlərinin açılmasına imtina var – DİN əməkdaşları reyder zəbti əlamətləri tapmayıb. Biznesmen hazırda Londonda yaşayır və ordan Putinə məktub yazır. “Putinin Nisanovun hansı üsullarla hərəkət etdiyini bildiyini düşünmürəm”, – Hacıyev deyir.

Nisanovun nümayəndələri təsdiqləyirlər ki, o heç vaxt Hacıyevin partnyoru olmayıb. Onun soyadı, həqiqətən də, adını çəkdiyi firmaların heç birinin təsisçiləri arasında yoxdur. “Kiyev meydanı”nın bir çox şirkətində vəziyyət eyni cürdür. Nisanov rəsmi olaraq təkcə iki mehmanxanın – “Ukrayna”nın və “Redisson Slavynaskaya”nın, bir də “Olimpiyski”nin sahibidir. Yerdə qalanlar qohumlarının və nominal sahiblərin adınadır ki, bu da hakimiyyət tərəfindən heç vaxt töhmət olunmayıb.

Tver vilayətində “Zavidovo” qoruğu var – bu, dövlət əhəmiyyətli nəhəng meşədir. Sovet dövründə orda ov poliqonu olub. Leonid Brejnev burda heyvan ovlamağı xoşlayıb. 90-cı illərdə isə orda prezident iqamətgahı peyda oldu. Burda bir də Rusiyanın hazırkı prezidentinin atasının və anasının doğulduğu, böyüdüyü və tanış olduğu Pominovo və Zareçye kəndləri yerləşir. Son siyahıya alma zamanı Pominovoda 20, zareçyedə isə 70 adam yaşayıb. Yerli iqtisadiyyatın əsasını iki kolxoz təşkil edir. Kirov adına və “Beryozka”adlı bu kolxozların işi çoxdan yaxşı getməyib. Kəndlilər üçün iş olmayıb, tarlalar şumlanmayıb.

“Zavidovo” qoruğu

“Zavidovo” qoruğu

Mənbə: vzavidovo.ru

Məhz by an qoruq yeri Qod Nisanovun diqqətini çəkib. “Kiyev meydanı” ötən il “Büryozka”nın sahibi olub ki, qoruğun 2 min hektarı bura məxsus olub.

“Beroyka”nın müdiri danışıb ki, Nisanov müəssisəni “eks-ferma”ya çevirməyə və orda “eko-kotteclər” tikməyə hazırlaşır. Hazırda isə Nisanovun sayəsində kəndə ilk dəfə qaz çəkilə bilər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/mp6858

Ən çox baxılan