Rusiyanın Daxili İşlər Nazirliyi Uralda yaşayan azərbaycanlı diaspor rəhbəri Şahin Şıxlinskini axtarışa verib
Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, o, Rusiya Cinayət Məcəlləsinin konkret bir maddəsi ilə axtarışa verilib. Lakin onun hansı maddə ilə ilə ittiham olunduğu barədə məlumat verilməyib.
İyulun 1-də Şahin Şıxlinski Yekaterinburq şəhərində saxlanılmışdı.
İyunun 28-də Rusiya İstintaq Komitəsinin əməkdaşları illər əvvəl baş vermiş qətllərin istintaqı çərçivəsində Yekaterinburq şəhərində azərbaycanlılara qarşı əməliyyat həyata keçirib.
Saxlanılanlar arasında Azərbaycan diasporunun nümayəndələri də olub.
Əməliyyat zamanı iki nəfər ölüb, bir neçə nəfər saxlanılıb.
Bu hadisədən sonra Rusiya ilə Azərbaycan arasında gərginlik yaranıb.
“Baku Plaza” ticarət mərkəzi yaxınlığında, yolda hərəkətdə olan “Mercedes-Benz G-class” markalı avtomobil xüsusi təyinatlı qüvvələr tərəfindən dayandırılıb. Maşında diaspor rəhbəri və oğlu olub. Saxlanıldıqdan sonra Şıxlinski dindirilməyə aparılıb, lakin daha sonra sərbəst buraxılmışdı.
Oğlu Mutvəli Şıxlinski barəsində isə iyulun 16-da Leninski Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, RF Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə (“hakimiyyət nümayəndəsinə zor tətbiq etmə” ) ittiham olunur.
Hadisə ilə bağlı rəsmi qurumlardan əlavə məlumat verilməyib.