“Baza” teleqram kanalı yazır ki, avtomobilin sahibi 29 yaşlı Azərbaycan vətəndaşıdır
Rusiyada avtomobilin partlaması nəticəsində generalın öldüyü bildirilir.
Məlumata görə, aprelin 25-də səhər saatlarında Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalik Moskva yaxınlığındakı Balaşixada “Volkswagen Golf” avtomobilində quraşdırılmış əldəqayırma qurğunun partlaması nəticəsində ölüb.
“Mash” teleqram kanalının məlumatına görə, avtomobilin sonuncu sahibi Ukraynanın Sumı şəhərindən olan İqnat K. olub.
“Baza” teleqram kanalı isə yazır ki, “Volkswagen Golf”un sahibi 29 yaşlı Azərbaycan vətəndaşıdır.
Azərbaycanlı avtomobili bir il əvvəl alıb və benzin mühərrikini qazla əvəzləyib.
İstintaq Komitəsi qətl və partlayıcı maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi açıb.