Rusiya yeni ərazilərinə zərbələri ölkəyə təcavüz kimi qiymətləndirəcək

Rusiya-Ukrayna savaşı. Foto: LeStudio/shutterstock

“Donetsk vilayətinin sərhədləri daxilində bütün ərazilər azad edilməlidir”

“Rusiya yeni ərazilərinə zərbələri ölkəyə qarşı təcavüz aktı kimi qəbul edəcək”.

Bunu Rusiya Prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

Dmitri Peskov bildirib ki, 2014-cü il modelinin Donetsk vilayətinin sərhədləri daxilində bütün ərazilər azad edilməlidir.

“Bu gündən etibarən bütün “DXR” ərazisi, o cümlədən Rusiya qüvvələrinin nəzarətində olmayan ərazilər Rusiyanın bir hissəsi hesab olunacaq. De-yure, bəli. Çünki bizim 2014-cü il sərhədləri daxilində tanıdığımız dövlət Rusiyaya daxil olur”, – deyə Peskov əlavə edib.

Dmitri Peskov, Foto: ID1974/shutterstock

Kreml nümayəndəsi qeyd edib ki, Xerson və Zaporojye vilayətlərinin Rusiya tərəfindən hansı sərhədlər daxilində tanınacağı bu gün sonra bəlli olacaq.

O, Ukraynaya qarşı xüsusi hərbi əməliyyatın davam edəcəyini və Moskvanın tələblərinin dəyişmədiyini vurğulayıb.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaRusiya yeni ərazilərinə zərbələri ölkəyə təcavüz kimi qiymətləndirəcək