Rusiya Xəzər Donanması Suriyaya raketlərlə hücum edir

Azərbaycan Prezident Administrasiyası, XİN, Müdafiə Nazirliyi və Sərhəd Xidməti Rusiya hərbi donanmasının bu gün Xəzər dənizindən Suriyaya 26 orta məsafəli raket buraxması ilə bağlı şərh vermir

Source:


Azərbaycan Prezident Administrasiyası, XİN, Müdafiə Nazirliyi və Sərhəd Xidməti Rusiya hərbi donanmasının bu gün Xəzər dənizindən Suriyaya 26 orta məsafəli raket buraxması ilə bağlı şərh vermir

Oktyabrın 7-də Rusiya KİV Xəzər Donanması raketlərinin Suriya ərazilərini atəşə tutması haqqında sensasiya doğuran məlumat yayıb.

“Çərşənbə günü səhər Xəzər Donanmasının dörd gəmisi Suriyada “İslam dövləti” döyüşçülərinin mövqelərinə 26 qanadlı raket buraxıb, bütün hədəflər uğurla məhv edilib, mülki əhali arasında tələfat yoxdur”, deyə prezident Vladimir Putinə məruzə edən RF müdafiə naziri Sergey Şoyqudan sitat gətirirlər.

“Döyüşçülərin məhv edilməsi üçün aviasiyadan başqa, bu gün səhər Xəzər Donanmasının gəmiləri də cəlb edilib, dörd raket gəmisi 11 hədəfə dənizdə yerləşən 26 qanadlı “Kalibr” raketi buraxıb”, deyə Şoyqu bildirib.

“Zərbələrin nəticələri böyük məsafədə – təxminən 1,5 min kilometrdə raketlərin yüksək səmərəliliyini təsdiq edib”, deyə nazir qeyd edib.

Şoyqu raketlərin məhz hansı bölgədən atıldığını bildirməyib. Lakin bu, prinsipial əhəmiyyət daşıyır. Belə ki, raketlər dənizin Rusiya sektorundan buraxılıbsa, mütləq Azərbaycan ərazisindən keçməli idi.

Əgər raketlər dənizin cənub hissəsindən buraxılıbsa, bu, gəmilərin dənizin Azərbaycan və ya İran sektoruna girməsi deməkdir. Bakının və Tehranın razılığı olmadan bunu etmək mümkün olmazdı.

Rusiya ilk dəfə olaraq ortaq sərhədi olmayan xarici dövlətə qarşı orta məsafəli raketlərdən istifadə edib. Bu əməllərin bütün region üçün ciddi nəticələri ola bilər və NATO üzvləri və bütünlükdə Qərb ilə qarşıdurmanı daha da gücləndirər.

Bir müddət əvvəl RF aviasiyası yenə Xəzər və İrandan keçərək Suriyaya gedib və “İslam övləti” obyektlərini bombardman etməyə başlayıb. Lakin NATO Moskvanı Əsəd rejiminə qarşı mübarizə aparan müxalifət qüvvələrini bombalamaqda ittiham edib.

Turan İA xəbər verir ki, Azərbaycan Prezident Administrasiyası, XİN, Müdafiə Nazirliyi və Sərhəd Xidməti Rusiya hərbi donanmasının bu gün Xəzər dənizindən Suriyaya 26 orta məsafəli raket buraxması ilə bağlı şərh vermir.

Orta məsafəli raketlər (1500 km) Xəzərin Rusiya və ya Azərbaycan sektorundan buraxıla bilərdi. Birinci halda raketlər Azərbaycan, Ermənistan və Türkiyənin hava məkanından keçərdi. İkinci halda onlar İran, İraq və Suriyanın hava məkanını keçərdi.

Beynəlxalq təcrübəyə əsasən, sözügedən dövlətlərə xəbərdarlıq edilməli və onların razılığı alınmalıdır.

Ana səhifəXəbərlərRusiya Xəzər Donanması Suriyaya raketlərlə hücum edir