Rusiya Xankəndidə Konsulluq açmağa hazırlaşır

Xankəndi. Foto: Azərtac

Qriqori Karasin bunu Səməd Seyidovla görüşdə açıqlayıb

Rusiyanın Xankəndidə Konsulluğun açılışına hazırlaşdığı bildirilir.

Bu barədə mayın 27-də Rusiya  Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Azərbaycanın Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşündə deyib.

İkitərəfli münasibətlərdən biri kimi Xankəndidə baş konsulluğun açılmasını qeyd edərdim. Yaxın gələcəkdə dəstəyinizə ümid edirəm”, – deyə Karasin bildirib.

Onun sözlərinə görə, baş konsulluğun 2024-cü ildə açılması ideal olardı:

“Bu, bizə qarşılıqlı şəkildə konsulluqlar arasındakı paritet fərqini aradan qaldırmağa imkan verəcək”.

II Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhəri Rusiya sülhməramlılarının nəzarətinə keçmiş və sülhməramlı qüvvələrinin mərkəzi qərargahı burada yerləşdirilmişdi.

19–20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal hərbi əməliyyat nəticəsində Xankəndi Azərbaycan polisinin nəzarətinə keçib.

8 noyabr 2023-cü ildə şəhərdə hərbi parad keçirilib.

Ana səhifəSiyasətRusiya Xankəndidə Konsulluq açmağa hazırlaşır