Rusiya voleybol üzrə dünya çempionatına da ev sahibliyi etməyəcək

Kişi voleybolçular arasında 2022-ci ildə keçiriləcək dünya çempionatı. Foto: ok_fotoday/shutterstock

FİVB bu hüququ Rusiyadan aldı

Kişi voleybolçular arasında 2022-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək hüququ Rusiyadan alınıb.

Bu barədə qərarı Beynəlxalq Voleybol Federasiyası (FİVB) verib.

Təşkilat bildirir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra vəziyyətin gərginləşməsindən və Ukrayna xalqının təhlükəsizliyindən ciddi şəkildə narahatdırlar.

FIVB-nin İdarə Heyəti belə qənaətə gəlib ki, Ukraynadakı müharibə səbəbindən Rusiyada dünya çempionatını hazırlayıb keçirmək mümkün olmayacaq. Müvafiq olaraq, 2022-ci ilin avqust və sentyabr aylarında keçirilməsi planlaşdırılan kişilər arasında FIVB voleybol üzrə dünya çempionatının təşkilatçılığının Rusiyadan çıxarılmasına qərar verib.

Bu barədə Rusiya Voleybol Federasiyası və Voleybol 2022 Təşkilat Komitəsi məlumatlandırılıb.

“Milli Federasiyalar, idmançılar, rəsmilər və azarkeşlər də daxil olmaqla qlobal voleybol ailəsinin sevincli və dinc idman festivalında iştirak etməkdən qürur duymalarını təmin etmək üçün FIVB alternativ ev sahibi ölkə(lər) axtaracaq”, məlumatda qeyd olunub.

Ana səhifəDünyaRusiya voleybol üzrə dünya çempionatına da ev sahibliyi etməyəcək