Rusiya sərhədindəki məsciddə olan Azərbaycan vətəndaşları

Mənbə: Foto: Meydan TV

Başlıq: Rusiya sərhədindəki məsciddə olan Azərbaycan vətəndaşları

Rusiya və Ukraynada olan Azərbaycan vətəndaşları geri dönə bilmirlər

“Pulumuz qurtardığından Rusiya vətəndaşları yemək gətiriblər”

Samur Keçid Məntəqəsində 60-dan çox Azərbaycan vətəndaşı sərhəddə saxlanılıb. Rusiya tərəfi onları Azərbaycana buraxmır və səbəbinin də Azərbaycan hökuməti olduğunu deyir.

Bunu Meydan TV-yə sərhəddə saxlanılan Tural Cəfərov, Nəsimi Süleymanov, Elmira Əliyeva və Zahir Mehdiyev danışıblar.

Onlar bir həftəyə yaxındır sərhəddəki məsciddə gecələdiklərini bildiriblər:

“Biz Rusiyaya iş arxasınca gedənlərik. Bir həftədir burdayıq. Rusiya sərhədçiləri deyir ki, Azərbaycan tərəfi sizi qəbul etmir. Aprelin 6-da azərbaycanlı Rövşən Zalovun cənazəsinin buraxılmaması haqqında məlumatı yayandan sonra, onun meyidini buraxdılar. Bizi isə hələ saxlayıblar. Pulumuz qurtardığından Rusiya vətəndaşları yemək gətiriblər. Bu da nə vaxta qədər davam edəcək, bilmirik”.

Oxşar durumla Ukraynanın paytaxtında 600-ə yaxın Azərbaycan vətəndaşı qarşılaşıb. Onlardan Yalçın Eminbəyov Kiyev şəhərində Azərbaycan Diaspor Evinin qarşısında gözlədiklərini, ancaq səfirlikdən real cavab almadıqlarını bildirib:

“25 mart və 4 aprel tarixlərində gedənlərə təyyarə biletini 400-500 dollar civarında satırdılar. Axı burda hamının o qədər pulu yoxdur. Çünki burda qalanlar hər gün yeməyə pul xərcləyirlər”.

Məsciddə olan Azərbaycan vətəndaşları

Məsciddə olan Azərbaycan vətəndaşları

Mənbə: Meydan TV

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Meydan TV-yə bildirib ki, onların hər iki ölkədə qalan vətəndaşların durumundan məlumatları var və bu barədə operativ qərargaha informasiya çatdırılıb.

L.Abdullayeva xatırladıb ki, Azərbaycan ciddi karantin rejiminə keçib və bütün ölkələrlə sərhədlər bağlanılıb:

“Quru və hava nəqliyyatı tam məhdudlaşdırılıb, qonşu ölkələrə də müvəqqəti belə tədbirlərə keçdiyimizi bildirmişik. Ona görə qonşu respublikalardakı vətəndaşlarımız mümkün qədər karantin rejiminə riayət etsinlər. Onlar olduqları yerdə ciddi karantin rejimi bitənə qədər gözləməlidirlər, yəni aprelin 20-nə qədər. Bu, artıq dövlət səviyyəsində qəbul olunan qərardır. Ölkəyə giriş və çıxış məhdudlaşdırılıb”.

Azərbaycan Nazirlər Kabineti aprelin 5-dən saat 00:00-dan 20 aprel saat 00:00-dək ciddi karantin rejiminə keçidlə bağlə qərar qəbul edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/u0usbz

Ən çox baxılan