Rusiya və Azərbaycan Xəzərdə birgə təlimlər keçirə bilər

Sergey Şoyqu Bakıda Rusiyanın Ermənistandakı hərbi bazasının təchizatını müzakirə edib

Source:


Sergey Şoyqu Bakıda Rusiyanın Ermənistandakı hərbi bazasının təchizatını müzakirə edib

Oktyabrın 13-də Bakıda Azərbaycan və Rusiyanın müdafiə nazirləri danışıqlar aparıblar. Danışıqların yekunlarına əsasən 2015-ci il üçün əməkdaşlıq planı imzalanıb.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, hərbi-texniki əməkdaşlığa dair “ciddi” məsələlər və regional məsələlər müzakirə olunmalıdır. O, belə məsələlər arasında Xəzərdə birgə hərbi təlimlərin keçirilməsini, hərbi kadrların hazırlanmasını, regionda təhlükəsizliyin təminatını göstərib.

Azərbaycan və Rusiya HDQ-nin 2015-cü ildə Xəzərdə hərbi-dəniz təlimlərinin keçirməsi barədə razılığa gəlinib və Xəzərdə kollektiv təhlükəsizlik sisteminin yaradılması məsələsi müzakirə olunub. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakıya səfərinin əsas yekunları belədir.

Danışıqlardan sonra keçirilən brifinqdə iki ölkənin müdafiə naziri razılaşma haqqında bildiriblər.

“Danışıqların gündəliyi onların bizim münasibətlərimizə yeni dinamika verəcəyinə ümid doğurur”, – Şoyqu bildirib. O qeyd edib ki, azərbaycanlı həmkarı Zakir Həsənovla hərbi və hərbi-texniki əməkdaşlıq, Xəzərdə birgə fəaliyyət, regionda sabitliyin təminatı məsələlərini müzakirə edib.

“2015-ci ildə birgə hərbi-dəniz təlimlərinin keçirilməsi planlaşdırılıb. Təlimlər zamanı gəmiçiliyin müdafiəsi, dəniz iqtisadiyyatı fəaliyyətinin təhlükəsizliyinin təminatı,  həmçinin xilasetmə və humanitar yardım üzrə fəaliyyətin təminatı məşq ediləcək. Xəzərdə digər əməkdaşlıq istiqamətlərini də inkişaf etdirəcəyik.

Bu məqsədlə Xəzərdə kollektiv təhlükəsizlik sisteminin yaradılması, hava gəmilərinin qəza vəziyyətinin profilaktikası və hərbi dənizçiliyin şəffaflığının təşkili üzrə əməkdaşlıq persektivləri müzakirə olunub, – RF müdafiə naziri bildirib.

İki ölkənin Müdafiə nazirlikləri arasında imzalanan 2015-ci il üçün əməkdaşlıq planına gəlincə, Şoyqu deyib: “Biz hazırda Rusiya və Azərbaycan arasında 2013-2016-cı ilər üçün hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişafı proqramını həyata keçiririk. Bundan əlavə, hərbi kadrların hazırlanması perspektivlərinə baxılıb”.

“Hazırda Rusiya Müdafiə Nazirliyinin tədris müəssisələrində 57 azərbaycanlı hərbçi təmannasız təhsil alır”, – Şoqyu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan tərəfi öz ordusu üçün əlavə mütəxəssislərlə bağlı müraciət edib və müraciət qəbul olunub.

Xatırladaq ki, bu yaxınlarda Həştərxan sammitində beş Xəzəryanı ölkənin rəhbərləri bildiriblər ki, regionda hərbi fəaliyyət bütün Xəzəryanı dövlətlərin bərabər təhlükəsizliyi şəraitində həyata keçirilməlidir. Həmçinin onlar “tərəflərə məxsus olmayan silahlı qüvvələrin Xəzərdə iştirakına yol verilməməsi” prinsipini təsdiqləyiblər.

“Turan İA” qeyri-rəsmi mənbələrə əsasən ehtimal edir ki,  səfər zamanı müzakirə olunan məsələlərdən biri Rusiyanın Ermənistandakı hərbi bazasının təchizatı olub. Belə ki, Rusiya aviasiyasının Gürcüstandan uçuşlarına qadağadan sonra baza faktiki olaraq blokada vəziyyətinə düşüb.

Ana səhifəXəbərlərRusiya və Azərbaycan Xəzərdə birgə təlimlər keçirə bilər