Rusiya və Azərbaycan prezidentlərinin görüşü olub

Tərəflər biri birindən razıdırlar

Source:
foto Azərtac
foto Azərtac


Tərəflər biri birindən razıdırlar

Rusiya və Azərbaycan prezidentləri Soçi şəhərində sentyabrın 1-də görüşüb.

Turan informasiya agentliyinin məlumatına göeə Vladimir Putinlə İlham Əliyevin görüşü barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Prezident Putin iki ölkənin qarşılıqlı əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyib:

“Ötən il ticarət dövriyyəsinin artımı 34% təşkil edib, bu ilin birinci yarısında isə mülki təyinatlı məhsul satışının həcmi 20% artıb. Təbii ki, bizim həmişə müzakirə edəcək mövzularımız var və şadam ki, dəvətimizi qəbul etdiniz və bu gün Rusiyaya gəldiniz”.

Azərbaycan prezidenti İlham Əliyev deyib ki, iki liderin görüşləri ikitərəfli münasibətlərə dinamizm bəxş edir.

“Biz də bütün sahələrdə əlaqələrimizin inkişaf səviyyəsindən məmnunuq. Münasibətlər mükəmməl şəkildə, çox effektiv inkişaf edir. Siyasi dialoq fəaldır. Ticarət dövriyyəsinin artdığını qeyd etdiniz, bu, həm də ölkələrimizin iqtisadiyyatlarında müsbət təmayülləri, həm də iqtisadi əməkdaşlıq üçün böyük potensial olduğunu göstərir. Əminəm ki, ticarət dövriyyəsi qarşıdaki illərdə də artacaq”.

İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri də müzakirə etdiklərini deyib.

Ana səhifəXəbərlərRusiya və Azərbaycan prezidentlərinin görüşü olub