Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair razılığa gəliblər

Sənəddən İŞİD və “Cəbhət ən-Nüsrə” qruplaşmalarının adları çıxarılıb

Source:


Sənəddən İŞİD və “Cəbhət ən-Nüsrə” qruplaşmalarının adları çıxarılıb

Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair saziş layihəsini imzalayıblar.

Atəşkəs rejimi fevralın 27-dən qüvvəyə minəcək.

Məlumata əsasən, sənəddən İŞİD və “Cəbhət ən-Nüsrə” qruplaşmalarının adları çıxarılıb.

Bundan əvvəl diplomatik mənbə Cenevrədə keçirilən danışıqlarda Suriyada atəşkəs rejimi ilə bağlı razılaşmanın yüksək səviyyədə əldə olunacağını bildirmişdi.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, yaxın saatlarda ABŞ-ın dövlət katibi Con Kerrinin imzalanmış sazişə dair açıqlaması gözlənilir.



APA

Ana səhifəXəbərlərRusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair razılığa gəliblər