Krımda dağıntı və insan itkisi olub-olmaması ilə bağlı ətraflı məlumat verilmir
Rusiya açıqlama yayaraq Ukraynanın Krıma atdığı 42 pilotsuz təyyarənin məhv edildiyini bildirib.
Krım 2022-ci ilin fevralında Moskvanın Ukraynaya genişmiqyaslı işğala başlamasından sonra Kiyevin hədəfində olub. Son həftələrdə isə bura edilən hücumların daha intensiv olduğu bildirilir.
Rusiya Müdafiə Nazirliyi avqustun 25-də bildirib ki, səhər saatlarında 9 pilotsuz uçan aparatını vurublar.
“Digər 33 pilotsuz təyyarə isə hədəfə çatmadan qəzaya uğrayıb”, – məlumatda bildirilir.
Krımda dağıntı və insan itkisi olub-olmaması ilə bağlı ətraflı məlumat verilmir.
Krımdakı liman şəhəri olan Sevastopolun qubernatoru Mixail Razvozhayev “Telegram” kanalında Xersones burnu üzərində bir neçə pilotsuz təyyarənin məhv edildiyini bildirib. Burun Rusiyanın Qara dəniz donanmasının yerləşdiyi Sevastopolun kənarında yerləşir.
Bunun Müdafiə Nazirliyinin bildirdiyi 42 pilotsuz təyyarənin arasında olub-olmadığı bəlli deyil.
“Bütün qüvvələr və xidmətlər döyüşə hazır vəziyyətdədir”, – Razvojayev bildirib.
Kiyev dəfələrlə Krımı geri almağı planlaşdırdığını bildirib və pilotsuz təyyarə hücumu Ukrayna Prezidenti Volodimir Zelenskinin Krımla bağlı Kiyev konfransında yarımadanın “təəssüf ki, hələ də işğal altında olan Ukraynanın bütün digər hissələri kimi işğaldan çıxarılacağını” deməsindən iki gün sonra baş verib.
Avqustun 24-də Ukrayna bildirib ki, onun qüvvələri yarımadaya enib və ikinci müharibə dövründəki Müstəqillik Gününü qeyd etmək üçün “xüsusi əməliyyat” zamanı ölkənin bayrağını qaldırıb.
Ukraynanın GUR kəşfiyyat idarəsi bildirib ki, xüsusi təyinatlılar Krımın qərb sahilinə “döyüşlərdə iştirak etdikləri Olenivka və Mayak şəhərləri yaxınlığında eniblər.
Moskva isə Ukraynanı yarımadanı Rusiya ilə birləşdirən və ordusunun əsas təchizat marşrutu olan körpüyə hücum etməkdə ittiham edib.
Kerç boğazı üzərindəki yeganə keçid olan körpü iyul ayında baş vermiş partlayış da daxil olmaqla çoxsaylı insidentlərə görə bağlanıb.
Doqquz il əvvəl Rusiya qüvvələri yarımadanı ələ keçirib və bundan sonra baş tutan referendumla Moskva Krım üzərində nəzarəti ələ alıb. Referendumun rusca danışan Krım əhalisinin Rusiyanın bir hissəsi olmaq istədiyini göstərdiyi iddia edilib.
Ukrayna referendumu yalan hesab edib və beynəlxalq ictimaiyyət Moskvanın yurisdiksiyasını tanımır.