Rusiya Ukraynanı Moskvaya dron hücumu təşkil etməkdə günahlandırır

Rusiya-Ukrayna. Svetlana Turchenick/shutterstock

2 PUA-nın vurulduğu, 1-nin qəzaya uğradığı bildirilir

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Moskva vilayətini hədəf alan “bir neçə” pilotsuz uçuş aparatı (PUA) vurduqlarını açıqlayıb.

Hadisə ilə bağlı açıqlama yayan Rusiya Müdafiə Nazirliyi də Moskva yaxınlığındakı Odintsovo və Narofominsk rayonlarında iki pilotsuz təyyarənin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu təsdiqləyib.

Bildiriblər ki, üçüncü dron isə paytaxtda qəzaya uğrayıb.

Nazirlik hücumlarla bağlı Kiyevi günahlandırıb.

Moskva meri Sergey Sobyanin “Telegram” kanalındakı paylaşımında xəsarət alanların olmadığını bildirib.

Bir binada 21-ci mərtəbənin fasadı zədələnib. 150 kvadratmetr sahənin şüşəsi qırılıb”.

Hadisə ilə bağlı Moskvanın Vnukovo hava limanının da müvəqqəti bağlandığı bildirilir, uçuşların digər hava limanlarına istiqamətləndirildiyi söylənir.

“The Guardian” yazır ki, zərbələr Ukrayna Prezidenti Volodimir Zelenskinin iyulun 30-da Moskva səmasında üç pilotsuz təyyarənin vurulmasından sonra müharibənin Rusiyaya gəldiyini deməsindən iki gün sonraya təsadüf edib.

“Baxmayaraq ki, Ukrayna hücumlara görə məsuliyyəti qəbul etmir”, – xəbərdə bildirilir.

Zelenski isə açıqlamasında deyirdi ki, müharibə tədricən Rusiya ərazisinə – simvolik mərkəzlərinə və hərbi bazalarına qayıdır:

Bu, qaçılmaz, təbii və tamamilə ədalətli prosesdir”, – Zelenski bildirib.

Bu, may ayından bu yana Rusiyanın paytaxtı Moskva şəhərində pilotsuz uçuş aparatlarının olması ilə bağlı beşinci məlumatdır.

Ana səhifəDünyaRusiya Ukraynanı Moskvaya dron hücumu təşkil etməkdə günahlandırır