Rusiya-Ukrayna müharibəsinin 13-cü günü: yenilənən xəbərlər

Ukrayna. Foto: Meydan TV

ABŞ-dan Rusiyaya daha bir sanksiya

ABŞ Rusiyadan bütün neft və qaz idxalına qadağa qoyur.

Bu barədə ABŞ Prezidenti Co Bayden martın 8-də açıqlama verib.

Co Bayden, Mənbə: lev radin/shutterstock

C.Bayden qərarı Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq qəbul edildiyini bildirib.

“Biz Rusiyadan bütün idxalı qadağan etmişik: neft, qaz və bütün enerji. Rusiya nefti artıq ABŞ limanlarında qəbul edilməyəcək”, – Bayden belə deyib.


KFC və “Pizza Hut” Rusiyada fəaliyyətini dayandırır

KFC və “Pizza Hut” brendlərinin sahibinin Rusiyada investisiyalarımı və şəbəkə inkişafını dayandırdığı deyilir.

Amerika şirkəti “Yum! Brands” Rusiyada 1000-ə yaxın KFC restoranı və 50 “Pizza Hut” restoranı olduğunu bildirib.

Yum! Brands. Foto: JHVEPhoto/shutterstock

Şirkətlər Rusiyada əldə edilən bütün gəlirlərini humanitar ehtiyaclara yönəldəcəyini bildiriblər.

Qərar Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra verilib.


XİN Ukraynadan təxliyə edilənlərin sayını açıqladı

8 marta qədər Ukraynadan Azərbaycana 4375 nəfər (son sutka ərzində 1237 nəfər) təxliyə edildiyi deyilir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Nazirlik bildirib ki, çarter reysləri ilə 2298, quru yolla isə 2077 nəfər təxliyə edilib:

Foto: XİN

Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 12 çarter reysi təşkil olunub”.

Vətəndaşlarımızın həm çarter reysləri, həm də qonşu ölkələrin ərazisindən keçməklə avtobuslarla təxliyəsi davam edir”, – deyə XİN bildirib.


Britaniya şirkəti Rusiyanın neft və qazından imtina etdi

Britaniya-Hollandiya şirkəti “Shell” Rusiyanın neft və qazından imtina edir.

Euronews” şirkətin saytına istinadən bu məlumatı yayıb.

Shell. Foto: Faizzamal/shutterstock

Şirkət ilk addım kimi, Rusiya xam neftinin bütün spot alışlarını dayandırıb: “Bundan əlavə, “”Shell” bütün yanacaqdoldurma məntəqələrini bağlayacaq, Rusiyada təyyarə yanacağı və sürtkü yağlarının istehsalını dayandıracaq, həmçinin bütün Rusiya layihələrində iştirakdan imtina edəcək”.


“Rusiya son 30 ildə bu qədər texnika itirməyib”

Ukrayna Prezident Vladimir Zelenski martın 8-də xalqa müraciətində belə deyib.

V.Zelenski daha sonra bildirib: “On üçüncü gündür ki, vuruşuruq. İşğalçıları harda bacarırıqsa, məhv edirik. Hər yerdə. Amma səma var. Yüzlərlə Rusiya qanadlı raketləri. İşğalçıların yüzlərlə döyüş təyyarəsi. Yüzlərlə helikopter. Bəli, məhv edirik. Rusiya son 30 ildə bu qədər aviasiya texnikasını itirməyib, Ukraynada bu 13 gündə nə qədər texnika itirib”.

V.Zelenski. Foto: Meydan TV

Onun sözlərinə görə, Rusiyanın hələ də kifayət qədər öldürücü maşınları var: “Terror üçün hələ də kifayət qədər raketlər var. Beş yüz kiloqramlıq bombalar hələ də kifayət qədərdir. Onları Çerniqov və Kiyevə, Odessa və Xarkova, Poltava və Jitomirə atmaq kifayətdir: Ukraynanın onlarla şəhərlərinə, milyonlarla dinc ukraynalının üzərinə”.

Dövlət başçısı müraciətində Qərb ölkələrini də günahlandırıb:

Bunun məsuliyyəti həm də on üç gündür ki, Qərbdə qərar qəbul edə bilməyənlərin üzərinə düşür”.


Keçmiş dövlət başçısından V.Zelenskiyə çağırış

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç indiki prezident Vladimir Zelenskiyə müraciət edib.

Viktor Yanukoviç. Foto: Sodel Vladyslav/shutterstock

Yanukoviç Zelenskini “nəyin bahasına olursa-olsun” Ukraynada qan tökülməsini dayandırmağa və Rusiya ilə sülh razılaşmasına nail olmağa çağırıb.


Rusiyada sükut rejimi elan edilib

Rusiya martın 8-dən Moskva vaxtı ilə saat 10:00-dan sükut rejimi tətbiq edib.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.

Rusiya Müdafiə Nazirliyi, Foto: https://militaryarms.ru/

Onun sözlərinə görə, Kiyev, Çerniqov, Sumı, Xarkov və Mariupoldan humanitar dəhlizlər açılıb.


Putin çağırışçıların hərbi əməliyyatda iştirak etmədiyini deyir

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarda çağırışçıların və ehtiyatda olan hərbçilərin iştirak etmədiyini və etməyəcəyini deyib.

V.Putin. Foto: Meydan TV

Bu barədə V.Putin 8 Mart münasibətilə yaydığı müraciətində deyib.

“Çağırışçılar döyüş əməliyyatlarında iştirak etmir və iştirak etməyəcəklər. Ehtiyatdan ehtiyatda olan hərbçilərin əlavə çağırışı olmayacaq. Yalnız peşəkar hərbi qulluqçular qarşıya qoyulan vəzifələri həll edə bilər”, – deyə Rusiya lideri söyləyib.


Vitali Gerasimov Xarkov ətrafında öldürülüb

“Xarkov, Sumı, Çerniqov və Kiyev vilayətlərində, rus işğalçıları tərəfindən müvəqqəti işğal edilmiş ərazilərdə yerli sakinlərə qarşı quldurluq və zorakılıq hərəkətləri faktları geniş şəkildə qeydə alınır”.

Bu barədə Ukraynanın yerli mediası məlumat yayıb.

Rusiyanın 41-ci ordusunun komandan müavini və qərargah rəisi, general-mayor Vitali Gerasimov Xarkov ətrafında öldürülüb.

Məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yayıb.

Ancaq Rusiyanın rəsmi mənbələri V.Gerasimovun ölümünü nə təkzib, nə də təsdiq edirlər.


Ukrayna MN: “Rusiya 13 gündə 12 min hərbçi itirib”

Ukraynanın Müdafiə Nazirliyi Rusiyanın son 13 gündə 12 min nəfərdən hərbçi, 300-dən çox tank itirdiyi haqda məlumat yayıb.

Foto: Reuters

Rusiyanın Müdafiə Nazirliyi Ukrayna Hərbi Hava Qüvvələrinin Jitomir vilayətindəki aerodromunun yararsız vəziyyətə düşdüyünü açıqlayıb.

Bu barədə lenta.ru saytına Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib: “Jitomir şəhəri yaxınlığındakı “Ozernoe” aerodromu yararsız hala salınıb”.


Azərbaycan diplomatları Kiyevi tərk edib

Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatlarının Kiyev şəhərindən Lvov şəhərinə köçürüldüyü bildirilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi məlumat yayıb.

XİN
Source: XİN

Nazirlik bildirib ki, Ukraynadakı vəziyyətlə əlaqədar, paytaxt Kiyev şəhərində artan təhlükəsizlik şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Ukraynanın Lvov şəhərinə köçüblər.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəSiyasətRusiya-Ukrayna müharibəsinin 13-cü günü: yenilənən xəbərlər