Rusiya-Ukrayna müharibəsinin 11-cü günü: yenilənən xəbərlər

Foto: Reuters

Martın 6-da Rusiyanın bir çox şəhərində Moskvanın Ukraynaya qarşı hərbi əməliyyatlarına etiraz olaraq aksiyalar keçirilib.

28 şəhərdə saat 14.00-a qədər keçirilən aksiyalarda mindən çox iştirakçının həbs olunduğu deyilir.
Məlumatı Rusiyanın “ovd.news” saytı yayıb.

Foto: https://newssky.com

Bildirilib ki, ən çox saxlanılan Novosibirskidə qeydə alınıb, 260 nəfər.

Eyni zamanda, fevralın 24-dən başlanan aksiyalarda 8 mindən çox adamın həbs olunduğu bildirilib.


Zelenski ruslara müraciət etdi: “Bu, sizin ölkəniz üçün də mübarizədir”

Ukrayna dövlət başçısı V.Zelenski martın 6-da növbəti dəfə müraciət edib.

V.Zelenski Rusiyanın Odessanı bombalamağa hazırlaşdığını bildirib:

“Odessanı bombalamağa hazırlaşırlar. Odessa! Ruslar həmişə Odessaya gəliblər. Onlar Odessada həmişə yalnız hərarət hiss ediblər. Yalnız səmimiyyət. Bəs indi? Odessaya bomba? Odessaya artilleriya? Odessaya raket? Bu, müharibə cinayəti olacaq. Bu, tarixi cinayət olacaq”.

V.Zelenski. Foto: Meydan TV

“Rusiya vətəndaşları hazırda seçim edirlər. Bu günlər. Bu saatlar. Həyatla köləlik arasında. Bu gün. Sabah. Gələn həftə. Bu, hələ də düzəlməz itkilər olmadan şəri məğlub etmək olar. Rusiya vətəndaşları! Sizin üçün bu, təkcə Ukraynada sülh uğrunda mübarizə deyil! Bu, sizin ölkəniz üçün də mübarizədir. İçindəki ən yaxşısı üçün. Gördüyünüz azadlıq üçün. Hiss etdiyin sərvət üçün”,- prezident belə deyib.


BMT-nin məlumatına görə, ukraynalı qaçqınların sayı artıq 1,5 milyonu keçib. Ən çox qaçqını Polşa qəbul edib, 800 min insan.

Martın 6-da ABŞ dövlət katibi Entoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba əsasən qadın və uşaqların Polşaya qaçdığı sərhəd keçidində görüşüb.

Bu barədə “Eurenews” məlumat yayıb.

Amerikalı diplomat deyib ki, NATO Ukrayna üzərində uçuşa qadağa zonası yaratmağı planlaşdırmır:

Foto: Reuters

“Lakin müttəfiqlər ölkənin müdafiə qabiliyyətini gücləndirməyi düşünürlər”.

“Son günlər NATO ilə, Aİ ilə, G7-yə üzv olmayan ölkələrlə bir sıra görüşlər keçirdik və biz görürük ki, dəstək təkcə davam etməyəcək – bu, təhlükəsizlik dəstəyi, humanitar və iqtisadi yardımdır – dəstək artacaq”, – Antoni Blinken bildirib

Ana səhifəSiyasətRusiya-Ukrayna müharibəsinin 11-cü günü: yenilənən xəbərlər