Vladimir Fedinçukun Donetsk vilayətində öldüyü açıqlanıb
Rusiya-Ukrayna müharibəsində daha bir aktyorun həlak olduğu bildirilir.
31 yaşlı Vladimir Fedinçukun Donetsk vilayətində gedən döyüşlər zamanı həyatını itirdiyi deyilir.
Bu barədə Ukraynanın Rivne vilayətinin meri Oleksandr Tretyak məlumat verib.
O bildirib ki, aktyor yanvarın 22-də həlak olub.
Vladimir Fedinçuk teatr aktyorudur.
Universiteti Teatr sənəti ixtisası üzrə bitirib.
Onun Kolomiya Vilayət Akademik Ukrayna Dram Teatrında çalışdığı məlumdur.
2016-cı ildən isə Rivne Regional Akademik Ukrayna Musiqili Dram Teatrında çalışmağa başlayıb.
2022-ci ilin 24-də Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlayandan bəri ukraynalı aktyor Andrey Pavlenko, Filipp Vinnerin (Dedovskiy) həyatlarını itiriblər.
Aktyor Dmitri Linartoviç isə yaralanıb.