Rusiya təyyarəsi qəzaya uğradı, 224 nəfər öldü

Təyyarə havaya qalxandan 23 dəqiqə sonra Kiprin Larnaki rayonunda radarın ekranından itib

Source:


Təyyarə havaya qalxandan 23 dəqiqə sonra Kiprin Larnaki rayonunda radarın ekranından itib

Ria.Novosti xəbər verir ki, oktyabrın 31-də Moskva vaxtı ilə saat 6:21-də havaya qalxan sərnişin təyyarənin daha öncə radarlardan itməsi barədə məlumat daxil olub. Təyyarənin qalıqlarını Misirin Sinay yarımadasında görüblər. İnformasiya daxil olan kimi Misirin Əl-Əriş şəhərindən 20 təcili yardım maşını hadisə yerinə istiqamət alıb.

Bildirilir ki, təyyarə Kiprin Larnaki rayonunda qəzaya uğrayıb. Rusiya mənbələrinin məlumatına görə, Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçan “Koqalımavia” kompaniyasının təyyarəsi havaya qalxandan 23 dəqiqə sonra Kiprin Larnaki rayonunda radarın ekranından itib.

Təyyarədə 217 sərnişin və 7 ekipaj üzvü olub.

Ana səhifəXəbərlərRusiya təyyarəsi qəzaya uğradı, 224 nəfər öldü