Rusiya təyyarəsi bomba təhlükəsinə görə Bakıda məcburi eniş edib

Bəhreyndən uçan təyyarədə 225 nəfər olub

Source: google.az

Bəhreyndən uçan təyyarədə 225 nəfər olub

Bəhreyndən Moskvaya uçan “Ural Hava Yolları” şirkətinə məxsus “Airbus A321” təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, qəza enişinə səbəb – təyyarə kapitanının təyyarədə bombanın olmasından şübhələnməsi olub.

Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib.

Təyyarədə ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.

Komandir sərnişinlərin təcili təxliyəsi barədə qərar qəbul edib.

Ruisyanın “İnterfax” agentliyinin öz mənbələrinə istinadən verdiyi xəbərə görə, bomba həyəcanı sərnişinlərin birinin tapdığı kağız parçasında bununla bağlı xəbərdarlığın olmasından sonra yaranıb. Agentlik yazıb ki, təyyarə yoxlanıldıqdan sonra təhlükəli bir şey taplmayıb.

Ana səhifəXəbərlərRusiya təyyarəsi bomba təhlükəsinə görə Bakıda məcburi eniş edib