Putin Qarabağa göndərilən heyətlə bağlı fərmann imzalayıb
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı
fərman
imzalayıb. Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir.
Rusiya Federasiyası hökumətinə isə tapşırılır:
“a) Rusiya Federasiyası qanunvericiliyinə uyğun olaraq, sülhməramlı kontingentin öz fəaliyyətini gerçəkləşdirməsi ilə əlaqədar bu kontingentdən olan hərbi qulluqçuların maddi təminatını və onlara pul ödənməsini, o cümlədən onların ailə üzvlərinə əlavə zəmanətlər təqdim edilməklə müəyyən olunmuş qaydada maliyyə xərclərini təmin etmək;
b) Bu Fərmanın gerçəkləşməsi üçün zəruri olan digər qəraralar qəbul etmək, Rusiya Federasiyası prezidentinin qərarını tələb edən məsələlər üzrə isə uyğun təkliflər təqdim etmək”.
Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb. Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan
edilib
. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.