Bu ölkədə yoluxanların 90% -dən çoxu xaricdən gələnlərdir
Çinin Rusiya ilə şimal-şərq sərhədi koronavirus pandemiyasının yenidən baş qaldırması ilə mübarizədə ön plana keçib, – “Reuters” xəbər verir.
Səbəb yeni gündəlik yoluxma hallarının altı həftədə ən yüksək səviyyəyə yüksəlməsi olub. Yoluxanların 90% -dən çoxu xaricdən gələn insanlardır.
Xəstəliyin ölkədaxili ötürülməsini əsasən ortadan qaldırmış Çin iqtisadiyyatını yenidən yoluna qaytarmaq üçün yavaş-yavaş hərəkəti bərpa etməyə çalışır. Ancaq ölkəyə xaricdən gələn yoluxma hallarının artması ilə COVID-19-un ikinci dalğasının yarana biləcəyi ilə bağlı qorxular qalmaqdadır.
Bazar günü Çində 108 yeni koronavirus yoluxması qeydə alınıb. Bu, bir gün əvvəl 99 idi. Bu rəqəm mart ayının 5-dən etibarən qeyd olunmuş ən yüksək yoluxma halıdır.
Yoluxanların 98-i ölkəyə xaricdən gələnlərdir. Onların əksəriyyəti Çin vətəndaşlarıdır, Rusiyadan ölkəyə geri dönüblər. Əhali əsasən Rusiyanın Vladivostok şəhərindən gəlir və Çinin Heilongjiang əyalətindəki sərhəd keçidindən istifadə edir.
“Biz düşünürdük ki, buradakı kiçik şəhərimiz ən təhlükəsiz yerdir”, Suifenhe şəhərinin sakini Zhu deyib.
“Bəzi Çin vətəndaşları geri qayıtmaq istəyirlər, amma bu, çox məntiqli deyil, bura nə üçün gəlirsiniz?”
Çin vətəndaşları istisna olmaqla sərhəd digər vətəndaşlara bağlıdır və Rusiya Çinlə uçuşları dayandırdığı üçün bu yol ölkəyə qayıtmaq üçün insanlara əlverişli olmayan variantlardan biridir.
“Çin sərhədlərini keçən insanların sayını 90% azaldıb və bütün qeyri-vacib səfərləri dayandırmağa çalışır,”- immiqrasiya rəsmisi Liu Haitao deyib.
Suifenhe sakinləri deyib ki, bir çox insan yoluxmaqdan qorxaraq şəhəri tərk edib, digərləri isə hakimiyyətin qorunma tədbirlərinə etibar edir.
Suifenhedəki küçələr bazar günü axşam hərəkətə qoyulmuş məhdudiyyətlər səbəbindın boş qalıb. Hakimiyyət keçən həftə şəhərdə xəstəliyin ilk baş qaldırdığı Vuhanda tətbiq etdiyi oxşar önləyici tədbirləri həyata keçirir.
Çində təsdiqlənmiş halların ümumi sayı bazar günü 82,160-a çatıb. Fevralın 12-də pandemiyanın ilk dalğasının zirvəsi olmuş və 15,000-dən çox yeni yoluxma halı qeydiyyata alınmışdı. Bu sıçrayış yeni test metodlarının tətbiqindən sonra baş vermişdi.
O zamandan etibarən Çində yoluxma halları azalmaqda idi.