Rusiya sakitlik istəyir

Mariya Zaxarova: ”Bəzi mövzular var ki, onlar sakitlik tələb edir, çünki burada diplomatlar və ekspertlər işləməlidirlər”

Source:


Mariya Zaxarova: ”Bəzi mövzular var ki, onlar sakitlik tələb edir, çünki burada diplomatlar və ekspertlər işləməlidirlər”

Dağlıq Qarabağ nizamlanması mövzusu sakitlik tələb edir, diplomatlar və ekspertlər onun üzərində işləməlidirlər. Bu barədə RF XİN rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünün yekunlarına dair sualın cavabında bildirib.

“Lazımdır ki, əldə olunan bu nailiyyət açıq ritorikaya çevrilməsin. Konkret addımların atılması üçün onu saxlamaq lazımdır. Bəzi mövzular var ki, onlar sakitlik tələb edir, çünki burada diplomatlar və ekspertlər işləməlidirlər”, – o vurğulayıb.

KİV-in bu mövzuya marağını anladığını  deyən Zaxarova qeyd edib ki, “kəndiri çəkmək üçün məlumat vermək və açıq məkandan istifadə etmək arasında fərq var”.

Üç prezidentin görüşündən sonra Azərbaycan təmsilçisi Novruz Məmmədov nizamlanmanın mərhələli həll variantı ilə bağlı razılıq əldə olunduğunu bildirib. Erməni tərəfi bunu təkzib edib, M.Zaxarovanın timsalında RF XİN isə N.Məmmədovun sözlərini “təhrif edilmiş” adlandırıb.



Turan IA

Ana səhifəXəbərlərRusiya sakitlik istəyir