Rusiya prezidenti Leyla Əliyevaya “Puşkin” medalı verdi

O “Rusiya Federasiyası ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı, xaricdə rus dilinin və mədəniyyətinin qorunması və təbliğatındakı töhfələrinə görə” bu mükafata layiq görülüb

Source:

Rusiya prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı mükafatlandırıb.

Vladimir Putinin bu günlərdə “Xarici vətəndaşların Rusiya Federasiyasının dövlət mükafatları ilə təltif edilməsinə dair” imzaladığı sərəncamda Leyla Əliyevanın da adı çəkilir.

Leyla Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə, xüsusilə Rusiyanın Həştərxan vilayətində böyük layihələr həyata keçirib. Orta məktəbin əsaslı təmiri, knyaz Vladimirin abidəsinin açılışı, habelə yeni uşaq bağçasının istifadəyə verilməsi də bu layihələrin bir hissəsidir (Haqqin.az).

Ana səhifəXəbərlərRusiya prezidenti Leyla Əliyevaya “Puşkin” medalı verdi