Rusiya polisi qəbiristanlıqda Putinin fotosunu asan fəalları saxlayıb

O, günahkar bilinərsə, 5 ilə qədər həbs cəzası alacaq.

Source: Foto: Radiosvoboda


"Agit Rossiya" bu aksiyada iştirakını rəsmi şəkildə rədd edir

Prezident Vladimir Putinin və digər yüksək vəzifəli şəxslərin şəkilləri Sankt-Peterburq qəbiristanlığında xaçların üzərində tapılıb.

RFE/RL xəbər verir ki, Rusiya polisi hadisəylə bağlı üç fəalı saxlayıb.

Hər üç şəxs oxşar aksiyada iştirak etmiş qrup "Agit Rossiya"nın üzvləridir. Onlar sentyabrın 21-də ölülərin cəsədlərinə, eləcə də qəbirlərinə hörmətsizlik ittihamı ilə saxlanılıblar.

Polis fəallardan ikisini sərbəst buraxsa da, üçüncü şəxs saxlanma məntəqəsində qalıb. O, günahkar bilinərsə, 5 ilə qədər həbs cəzası alacaq.

"Agit Rossiya" bu aksiyada iştirakını rəsmi şəkildə rədd edir.

Qrupun üzvləri aprel ayında Sankt-Peterburqun Sankt İsaak kilsəsinin qarşısında Putinin adı olan bir qəbirüstü daşın yerləşdirilməsində məsuliyyət daşıdıqlarını etiraf etmişdilər.

Oxşar aksiyalar bundan bir neçə həftə əvvəl Moskva və Tatarıstan bölgəsindəki Naberejnıe Çelnı şəhərində həyata keçirilib.

Naberejnıe Çelnıda iki fəal nəzarətə alınıb və mart ayında biri 28 gün və digəri isə 6 gün müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəDünyaRusiya polisi qəbiristanlıqda Putinin fotosunu asan fəalları saxlayıb