***
“Azərbaycanlılar ölkəyə buraxılmamalarına etiraz olaraq magistral yolu kəsiblər”
Dağıstan polisinin əməkdaşları çadır düşərgəsində baş verən qarşıdurmaya görə 90 nəfərə yaxın Azərbaycan vətəndaşını polis bölmələrinə gətiriblər.
Bu barədə “
İnterfax
” agentliyinə İstintaq İdarəsinin bölgə üzrə rəhbərinin köməkçisi Rəsul Temirbəyov deyib.
O qeyd edib ki, Azərbaycan vətəndaşları bölmələrə gətirilsələr də, onlar saxlanılmayıblar.
Agentlik xatırladıb ki, iyunun 15-də Kullar qəsəbəsi yaxınlığında yerləşdirilmiş Azərbaycan vətəndaşları ölkəyə buraxılmamaqlarına etiraz əlaməti olaraq düşərgəni tərk edərək, “Qafqaz” magistral yolunu kəsiblər. Hadisə yerinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin və Dağıstan DİN-nin əməkdaşları gəliblər. Etirazçılar hüquq-mühafizə orqanı əməkdaşlarına müqavimət göstəriblər.
***
“Qadına, qocaya, uşağa baxmadan çox qəddar davranırdılar”
Azərbaycan-Rusiya sərhədində aylardır gözləyən vətəndaşlarımız iyunun 15-dən 16-na keçən gecə OMON-un hücumuna məruz qalıb.
Məlumatı Meydan TV-yə sərhəddə olan Azərbaycan vətəndaşları verib.
Onların bilrdirdiyinə görə, 300-dən çox Azərbaycan vətəndaşı rəsmi Bakıya və Moskvadakı səfirliyə müraciət etsə də, ölkəyə buraxmırlar:
“Bizə hər dəfə təmkinli olub gözləməyi məsləhət görürlər. Halbuki, burada yaxınlarını itirənlər, ağır xəstəliklərdən əziyyət çəkənlər var. Əksəriyyətinin pulu da qurtarıb. Gecə gözlənilmədən bizə Rusiya OMON-u hücum etdi. Onlar qadına, qocaya, uşağa baxmadan çox qəddar davranırdılar. Eşitdiyimizə görə 2 nəfər ölüb”.
Mayın 18-də Dərbənddə ümumilikdə 900-ə yaxın Azərbaycan vətəndaşı var idi.
Mayın 18-də və 26-da quru sərhədindən Rusiyadan Azərbaycana 251 nəfər qayıdıb. Aprelin əvvəlindən Rusiyaya müvəqqəti gedənlər Azərbaycana qayıtmaq üçün sərhəddəki neytral zonada
gözləyirlər
.
Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılıb.