Rusiya Müdafiə Nazirliyi: Sülhməramlılar Şuşa yolunu minadan təmizləyiblər

Rusiya Müdafiə Nazirliyi: Sülhməramlılar Şuşa yolunu minadan təmizləyiblər


“Ötən gün ərzində 100-dən çox partlayıcı sursat xüsusi poliqonda məhv edilib”

Rusiya sülhməramlılarının mina axtaran qrupu Şuşa ətrafındakı avtomobil yolunun təxminən üç kilometrini təmizləyiblər.

Məlumatı “BBC News azərbaycanca” Rusiya Müdafiə Nazirliyinə istinadən yayıb. Bildirilir ki, hərbiçilər "Dağlıq Qarabağdakı" sülhməramlıların nəzarətində olan ərazilərdə minaların və partlamamış hərbi sursatların təmizlənməsi həyata keçirirlər.

Nazirliyin məlumatına görə, mina axtaranlar sülhməramlıların müşahidə məntəqələri arasındakı marşrutlarda, yaşayış məntəqələri və sosial infrastruktur obyektləri ərazilərində və ümumi yollarda axtarış işləri aparırlar.

Məlumata görə, ötən gün ərzində 100-dən çox partlayıcı sursat xüsusi poliqonda məhv edilib.

"Ümumilikdə, sülhməramlılar tərəfindən 24 hektardan çox ərazi və 8 kilometrdən çox yol təmizləyib, 750-dən çox partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib",- Rusiya Müdafiə Nazirliyi bildirib.

Həmçinin qeyd olunub ki, poliqona aparıla bilməyən döyüş sursatları təhlükəsizlik təmin edildikdən sonra yerində məhv edilib.

Ana səhifəVideoRusiya Müdafiə Nazirliyi: Sülhməramlılar Şuşa yolunu minadan təmizləyiblər