Son 3 şəhərciyin Şuşa, Karıkaxa və Cerabetdə salındığı bildirilir
Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbiçiləri üçün 30 blok-modul tipli şəhərciyin inşası başa çatıb.
Bu barədə mayın 8-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Son 3 şəhərcik Şuşa, Karıkaxa və Cerabetdə salınıb.
4 ay ərzində 250, 60, 40, 30 və 15 nəfər üçün nəzərdə tutulmuş 30 şəhərcik, habelə idarəetmə məntəqəsi və komanda heyəti üçün ev inşa edilib.
“Hər bir blok-modul tipli şəhərcikdə idman zalı, hamam, tibb məntəqəsi, mətbəx var. Şəhərciklər elektrik, isitmə, sanitar qovşaqlar, su ilə təchiz edilib. Şəhərciklərin inşasında 600 mütəxəssis və 65 texnika vahidi iştirak edib”, – deyə məlumatda bildirilir.