Mənbə: Google

Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbərinə hücum olub

DİN: “Maskalı şəxs pəncərədən içəri girərək evin terrasına keçib və Pamfilovaya dəfələrlə elektroşokla hücum edib”

Rusiya Daxili İşlər Nazirliyi deyib ki, Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilovanın evinə regional və yerli seçkilərdən iki gün əvvəl hücum olub, - RFE/RL xəbər verir.

“Maskalı şəxs pəncərədən içəri girərək evin terrasına keçib, ev sahibinə [Pamfilova] dəfələrlə elektroşokla hücum edib və sonra hadisə yerindən qaçıb,”- nazirlik açıqlamasında bildirib. Hadisə sentyabrın 6-da erkən saatlarda baş verib.

Bəyanatda hər hansı ehtimal edilən səbəblə bağlı məlumat verilməyib. İstintaqın davam etdiyi bildirilir.

“Hər şey yaxşıdır, mən dayanacağam,” - Pamfilova seçki prosesinin rəqəmsallaşdırılmasına dair keçirilmiş konfransda jurnalistlərə bildirib.

Mərkəzi Seçki Komissiyası bir çox rayonda müxalifət namizədini kənarlaşdırdığı üçün paytaxt Moskva da daxil olmaqla bölgələrdə aksiyalar keçirilib.

Ruslar etirazlarla nəticələnən seçkilərə səs vermək üçün sentyabrın 8-də seçki məntəqələrinə gedəcəklər.

Polis keçirilmiş nümayişləri dağıdıb. Hakimiyyət orqanları nümayişlərin bir neçəsini “qanunsuz kütləvi toplaşma” adlandırıb.

2000-dən çox insan nəzarətə alınıb. Onlardan bəziləri həbs edilib. Beynəlxalq ictimaiyyət dinc nümayişçilərə qarşı olan zorakılığı qınayıb.

Nümayişçilər həbs cəzalarına, müxalifət liderlərinə yönəlmiş təzyiqlərə və rəsmi təhdidlərə baxmayaraq hər həftə səsvermə öncəsi toplanmağa davam edirlər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/1kd9y1

Ən çox baxılan