Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbərinə hücum olub

DİN: “Maskalı şəxs pəncərədən içəri girərək evin terrasına keçib və Pamfilovaya dəfələrlə elektroşokla hücum edib”

Source: Google


DİN: “Maskalı şəxs pəncərədən içəri girərək evin terrasına keçib və Pamfilovaya dəfələrlə elektroşokla hücum edib”

Rusiya Daxili İşlər Nazirliyi deyib ki, Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilovanın evinə regional və yerli seçkilərdən iki gün əvvəl hücum olub, – RFE/RL xəbər verir.

“Maskalı şəxs pəncərədən içəri girərək evin terrasına keçib, ev sahibinə [Pamfilova] dəfələrlə elektroşokla hücum edib və sonra hadisə yerindən qaçıb,”- nazirlik açıqlamasında bildirib. Hadisə sentyabrın 6-da erkən saatlarda baş verib.

Bəyanatda hər hansı ehtimal edilən səbəblə bağlı məlumat verilməyib. İstintaqın davam etdiyi bildirilir.

“Hər şey yaxşıdır, mən dayanacağam,” – Pamfilova seçki prosesinin rəqəmsallaşdırılmasına dair keçirilmiş konfransda jurnalistlərə bildirib.

Mərkəzi Seçki Komissiyası bir çox rayonda müxalifət namizədini kənarlaşdırdığı üçün paytaxt Moskva da daxil olmaqla bölgələrdə aksiyalar keçirilib.

Ruslar etirazlarla nəticələnən seçkilərə səs vermək üçün sentyabrın 8-də seçki məntəqələrinə gedəcəklər.

Polis keçirilmiş nümayişləri dağıdıb. Hakimiyyət orqanları nümayişlərin bir neçəsini “qanunsuz kütləvi toplaşma” adlandırıb.

2000-dən çox insan nəzarətə alınıb. Onlardan bəziləri həbs edilib. Beynəlxalq ictimaiyyət dinc nümayişçilərə qarşı olan zorakılığı qınayıb.

Nümayişçilər həbs cəzalarına, müxalifət liderlərinə yönəlmiş təzyiqlərə və rəsmi təhdidlərə baxmayaraq hər həftə səsvermə öncəsi toplanmağa davam edirlər.

Ana səhifəDünyaRusiya Mərkəzi Seçki Komissiyasının rəhbərinə hücum olub