Rusiya konstitusiyaya dəyişiklik üçün səsverməyə gedir

Mövcud qaydalara görə isə hazırkı səlahiyyət müddəti başa çatdıqdan sonra Putinə prezidentliyə namizə olmaq qanunla qadağandır.

Source: Foto: RBK


Aleksey Navalnıy: “Bu, konstitusiyanın pozulmasıdır, çevrilişdir”

Rusiya vətəndaşları prezident Vladimir Putinin hakimiyyətinin 12 il uzadılmasına zəmin yarada biləcək konstitusiya dəyişikliyinə səs verirlər.

RFE/RL xəbər verir ki, səsvermə məntəqələri iyunun 25-də açılıb və 7 gün davam edəcək.

Seçki məntəqələrinin bir həftə açıq qalmasının səbəbi 1 iyul tarixində koronavirus pandemiyası səbəbindən izdiham yaratmamaq olub.

Səsvermə səhiyyə işçiləri arasında narahatlıq yaradıb. Rusiyada yoluxma sayı gün ərzində 7000-dən artıqdır.

Pandemiya səbəbindən səsvermə əvvəl planlaşdırılan 22 aprel tarixindən təxirə salınmışdı. Seçki məntəqələrinə çıxışı olmayan insanlar üçün iyunun 10-dan etibarən erkən səsverməyə icazə verilib.

Putin bu ayın əvvəlində konstitusiya dəyişiklikləri ilə əlaqədar səsvermənin iyulun 1-də keçiriləcəyini açıqlamışdı. Dəyişikliklə Putin növbəti iki prezident seçkisində iştirak etmə hüququ qazanacaq.

Plan müxalifət üzvlərinin və insan haqları qruplarının kəskin tənqidlərinə səbəb olub. Bu addımın Putinin hakimiyyəti ələ keçirmək cəhdindən başqa bir şey olmadığı qeyd edilir.

Təsdiqlənərsə, islahatlar nəticəsində yaranacaq dəyişikliklərdən biri Putinin prezidentlik müddətinin sıfıra endirilməsi və bununla həm 2024-cü ildə, həm də 2030-cu ildə yenidən prezidentliyə namizəd olmasına sərait yaratmaq olacaq.

Mövcud qaydalara görə isə hazırkı səlahiyyət müddəti başa çatdıqdan sonra Putinə prezidentliyə namizə olmaq qanunla qadağandır.

“Bu, konstitusiyanın pozulmasıdır, çevrilişdir”,- müxalifətçi Aleksey Navalny dəyişikliklər barədə deyib.

Kremlin narahatlıqları rədd edib.

Ana səhifəDünyaRusiya konstitusiyaya dəyişiklik üçün səsverməyə gedir