Rusiya ilə uzlaşmaq və ya əldən verilmiş liberalizm

Dekabrın ilk günləri qlobal və yerli əhəmiyyətli hədələr və maraqlar zənciri ilə ilk baxışda heç bir ortaq nöqtəsi olmayan, əslində isə onunla əlaqəli olan bir sıra hadisələrlə insanların ağlını qarışdırdı

Source:


Dekabrın ilk günləri qlobal və yerli əhəmiyyətli hədələr və maraqlar zənciri ilə ilk baxışda heç bir ortaq nöqtəsi olmayan, əslində isə onunla əlaqəli olan bir sıra hadisələrlə insanların ağlını qarışdırdı

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, əslində durduğu yerdə, dekabrın 3-də AzərTAc dövlət agentliyi vasitəsilə jurnalist mühitində nədənsə məqalə adlandıran 62 səhifəlik “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabının məzmununu dərc edir.

Müəllif özünəxas ampluada növbəti dəfə ABŞ-ın ikili standartlar siyasətini tənqidə məruz qoyur, Azərbaycanda rəngli inqilab törətmək cəhdlərini pisləyir, rejimin yerli tənqidçiləri haqqında alçaldıcı ifadələr işlədir və nəhayət, mücərrəd əsərini prezident İlham Əliyevin rəhbərliyi altında hakim rejimin uğurları ilə yekunlaşdırır.

Kitabda əksini tapmış ideyalar Rusiya prezidenti Vladimir Putinin Federal Yığıncağa TASS dövlət agentliyi tərəfindən “İqtisadi liberallaşma” adı almış 4 dekabr tarixli müraciətini qabaqlayıb. Mehdiyevin kitabda yer alan, yaxşı Moskva dilində yazılmış ideyaları ABŞ-ın rolunun, yerli müxalifətin və müstəqil siyasi kursun qiymətləndirilməsi nöqteyi-nəzərdən Kremlin ideyaları ilə həmahəng idi. Belə bir təəssürat yaranır ki, Azərbaycan Prezident Administrasiyası ideyaları əvvəlcədən prezident Vladimir Putinin müraciəti ilə razılaşdırıb, Azərbaycanın Böyük Qonşusu ilə ortaq mövqedən çıxış etdiyini göstərib.

Eyni zamanda, Mehdiyev Əliyev administrasiyasının liberal dəyərlərə qarşı tənqidi mövqeyini dilə gətirib. Elə həmin gün ATƏT-in Bazeldə keçirilən iclasındaAvropa ölkələrinin xarici işlər nazirləri həmin dəyərlərdən bəhs ediblər. Mehdiyevin kitabının məhz lazımi vaxtda və lazımi yerdə dərc edilməsinə XİN sammitində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Mehdiyevin yazısından sətirləri qısa şəkildə olduğu kimi təkrar etdiyi də dəlalət edir, onun həmkarı Sergey Lavrov isə Putinin federallara müraciətini xarici nazirlər qarşısında əlverişli şəkildə təfsir etməyə müvəffəq olub.

Belə həmrəy yanaşma Azərbaycan siyasətində ilk dəfə özünü göstərmir. Məsələn, 1998-ci ildə Mehdiyev “Gündəlik dəyişməz olaraq qalır – müasirləşmə kursu” adlı geniş məqaləsi ilə müasirləşmə kursu elan etməyə hazırlaşan prezident Dmitri Medvedevi qabaqlayır. Rusiyada 2012, 2009 və 2011-ci illərdə xarici agentlər haqqında qanunun qəbulu ərəfəsində Əliyev administrasiyası QHT-lərin xarici donorlarla əlaqələrini məhdudlaşdırmaq məqsədilə QHT-lər haqqında qanunları sərtləşdirir.

Və nəhayət, məşhur jurnalist və “Azadlıq” radiosunun Azərbaycan xidmətinin aparıcısı Xədicə İsmayılovanın ATƏT XİN Şurasının sonuncu günündə həbsi administrasiyanın başlanmış anti-Qərb kampaniyasını məntiqi olaraq tamamladı. Bütün bunlarda məntiq var, amma mövzu dolğunluğu yox. Putinin müraciətində azad iqtisadiyyat və kapitalların müdafiəsi haqqında tezislər şəklində cüzi liberallar mövcuddursa, Mehdiyev məsələnin bu tərəfini buraxıb.

Azərbaycan-Rusiyanın beynəlxalq və yerli təhlükələrə qarşılıqlı yanaşmalarının elə həmin məntiqinə riayət etsək, Bakıda liberal mövzunun davamını gözləmək düzgün olardı. Ola bilər ki, Əliyev Putinin liberal mövzusunu Azərbaycana uyğun şəkildə davam etdirəcək. Azərbaycan qərb sanksiyalarından qaçsa da və iqtisadiyyat o qədər də tənqidəlayiq olmasa da, enerji daşıyıcılarının qiymətinin düşməsi və qeyri-neft sahəsinin inkişafı zərurəti mövzusunda bənzər problemlər də tərəflərin problemlərin həlli yolları haqqında yanaşmalarını yaxınlaşdırır.

Yenə də, məntiqə əsasən, Əliyev xarici yardım əldə edilməsini yumşaltmaq nöqteyi-nəzərdən vətəndaş cəmiyyəti ilə kompromislərə gedə, həmçinin rəqiblərinə amnistiya elan edib, onları dialoqa dəvət edə bilər. Məlum olduğu kimi, prezident Putin müraciətin elan edilməsindən dərhal sonra Kreml sarayının Georgi zalında İnsan Hüquqları Şurası nümayəndələrinin xarici agentlər haqqında qanunun yumşaldılması və geniş amnistiya həyata keçirilməsi haqqında təkliflərini təqdirlə dinləyib.

Ana səhifəXəbərlərRusiya ilə uzlaşmaq və ya əldən verilmiş liberalizm