Rusiya ilə Azərbaycan iqtisadiyyatının fərqi

Qubad İbadoğlu: “Orada həm iş yerləri var, həm də bir qrup deyil, bütün işləyənlər normal yaşayış təminatına malikdirlər”

Source:


Qubad İbadoğlu: “Orada həm iş yerləri var, həm də bir qrup deyil, bütün işləyənlər normal yaşayış təminatına malikdirlər”

“Rusiyada ötən il iqtisadiyyat 4 faizə qədər kiçilsə də, əhalinin güzəranında ciddi dəyişikliklər hiss olunmur. Azərbaycanda isə ötən il 1,1 faiz iqtisadi artım qeydə alınıb, amma əhalinin dolanışığı əhəmiyyətli dərəcədə pisləşib”.

Bu sözləri iqtisadçı Qubad İbadoğlu Rusiya ilə Azərbaycan iqtisadiyyatındakı fərqləri şərh edərkən yazıb. Bu barədə öz Facebook səhifəsində qeyd edən iqtisadçının fikrincə, Rusiya iqtisadiyyatını Azərbaycandan fərqləndirən başlıca amil orada idxalı əvəz edən yerli istehsal qurulub və fəaliyyətlərini də ugurla davam etdirməsidir:

“Onlar hələ istehsal etdikləri məhsulların bir qismini də xaricə göndərir, valyuta qazanırlar. Bunun nəticəsidir ki:

1) Rusiya mağazalarının piştaxtalarında olan malların 95 faizi yerli məhsullardır, ona görə də rublun devalvasiyası onların qiymətində ciddi dəyişiliklərə səbəb olmadı. Rusiyada demək olar ki, mövsüm dövründə asılı olaraq meyvə və tərəvəzdən kənar bütün ərzaq məshulları daxildə istehsal olunur. Ona görə də ruslar üçün xüsusilə də ərzaq məhsullarının qiyməti ucuz və dəyiməz olaraq qalır.

2) Rusiyada işsizlıik bizdəki kimi kütləvi deyil, yerli müəssisələr həmişəki kimi tam istehsal gücü ilə fəaliyyətlərini davam etdirirlər. Dövlət idarəetməsində çalışanlar təminatlı əmək haqqı alırlar. Özəl biznes daha azaddır və yüksək əmək haqqı təklif edir. Biz sözlə, orda həm iş yerləri var, həm də bir qrup deyil, bütün işləyənlər normal yaşayış təminatına malikdirlər.

3) Nəhayət, Rusiyada rubl kəskin devalvasiya uğrasa da, yenə əsas ödəniş vasitəsi kimi qalır. Xüsusilə də regionda yaşayan əhali dolların nə olduğunu bilmirlər. Orada dollara olan tələbatı əsasən biznes əməliyyatlarında xarici valyutadan istifadə edən müəssisələr yaradırlar. Orda bizdəki kimi əhali həm bank yığımlarını və həm də cari vəsaitlərini dollarda saxlamır”.

Qubad İbadoğlunun fikrincə, söylədiyi bu 3 xüsusi fərq Rusiya iqtisadiyyatını və əhalisini böhrana qarşı daha dayanıqlı edir.

Ana səhifəXəbərlərRusiya ilə Azərbaycan iqtisadiyyatının fərqi