Rusiya hərbi təyyarələri Gürcüstan üzərində – müharibədən 12 il sonra səma ilk dəfə açılıb

Tbilisi hava məkanının açılmasına sülh prosesində iştirak kimi baxır

Source: fdsaf

Məqalə

JAMnews

saytında dərc olunub.

Tbilisi hava məkanının açılmasına sülh prosesində iştirak kimi baxır.

Rusiyanın hərbi-nəqliyyat təyyarələri “Flightradar24”-ün məlumatlarına əsasən, noyabrın 10-u və 11-i Gürcüstan hava məkanından keçərək Ermənistana istiqamət alıb. Təyyarələr Dağlıq Qarabağda dislokasiya olunmalı iki min rusiyalı sülhməramlını daşıyır. Həm Azərbaycan, həm də Ermənistan münaqişə zonasında rusiyalı sülhməramlıların yerləşdirilməsi barədə razılaşmaya qol çəkib, odur ki, bu uçuşlarda qeyri-qanuni heç nə yoxdur.

Hazırkı vəziyyətdə yeganə xəbər Gürcüstan hava məkanının 2008-ci il avqust m üharibəsindən sonra artıq 12 ildir ki, Rusiyanın hərbi təyyarələri üçün bağlı olması ilə əlaqədardır. Məlumat “Facebook” istifadəçiləri “Flightradar24” hava məkanı monitorinqi üçün əlavədəki Rusiya hərbi-nəqliyyat təyyarələrinin Gürcüstan üzərində uçduğunu sezəndən sonra sosial şəbəkədə yayılıb. Jurnalistlər bundan sonra izahat üçün Gürcüstan hakimiyətinə müraciət edib, onlar Rusiya hərbi-nəqliyyat təyyarələrinin uçması barədə faktı təsdiqləyib. Ermənistana rusiyalı sülhməramlılar gəlib. Foto: RİA Novosti. Tbilisi hava məkanının açılmasına sülh prosesində iştirak kimi baxır.

Rusiya ilə əlaqələr üzrə Baş nazirin xüsusi nümayəndəsi Zurab Abaşidzenin sözlərinə görə, hava məkanı Rusiya təyyarələri üçün təkcə razılaşmaya qol çəkən ölkələrin – Azərbaycan və Ermənistanın xahişi ilə “müstəsna olaraq” açılıb.

Onun dediyinə görə, bu, sülhməramlıların təyinat yerinə qısa müddət ərzində çata bilməsi üçün edilib. O, Dağlıq Qarabağda sülh şətaitinə riayət olunması üçün mühümdür. “Azərbaycan və Ermənistanın sorğusu üzrə sülh razılaşmasına riayət məqsədilə rusiyalı sülhməramlıların bir hissəsi Gürcüstan hava məkanından istifadə edilməklə öncədən razılaşdırılmış müddətə münaqişə zonasına köçürüləcək. Bizim partnyorlarımız da bu barədə məlumatlandırılıb”, – Abaşidze bəyan edib.

Ana səhifəXəbərlərRusiya hərbi təyyarələri Gürcüstan üzərində – müharibədən 12 il sonra səma ilk dəfə açılıb