Rusiya diplomatı: Güzəştli qərarlar üçün kifayət qədər möhkəm əsaslar var

”Qazaxıstandakı sammitə qədər konvensiya üzərində işləri yekunlaşdıra bilərik”

Source:
İqor Bratçikov
İqor Bratçikov


”Qazaxıstandakı sammitə qədər konvensiya üzərində işləri yekunlaşdıra bilərik”

“Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə işlər region ölkələrinin Qazaxıstanda keçiriləcək sammitinə qədər yekunlaşa bilər”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Xəzər dənizi üzrə çoxtərəfli danışıqlar üzrə Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov deyib.

“Güzəştli qərarlar üçün kifayət qədər möhkəm əsaslar var. Buraya liderlərimizin Həştərxanda imzaladığı və özündə tərəflərin dənizdəki fəaliyyət prinsiplərini ehtiva edən siyasi bəyənat da daxildir. İndi ümumi yanaşmaları hüquqi formaya salmaq lazımdır. Hesab edirik ki, Qazaxıstandakı sammitə qədər konvensiya üzərində işləri yekunlaşdıra bilərik”, – deyə İ.Bratçikov bildirib.

Onun sözlərinə görə, konvensiya layihəsi daha əvvəl iyulun 12-13-də Qazaxıstanda bir araya gələcək beş Xəzəryanı ölkənin xarici işlər nazirləri tərəfindən nəzərdən keçiriləcək.

Ana səhifəXəbərlərRusiya diplomatı: Güzəştli qərarlar üçün kifayət qədər möhkəm əsaslar var