Rusiya hərbi təyyarələri Türkiyənin BMT tərəfindən tanınmış məşhur yardım təşkilatı İHH-nın (İnsani Yardım Təşkilatı) Suriyada dinc əhaliyə kömək məqsədi ilə inşa etdiyi çörək zavodunu bombalayıb.
Məlumatda qeyd edilir ki, çörək zavodu Suriya müxaliflərinin nəzarətindəki İdlib bölgəsin yerləşib.
Təşkilat bombardmanın videosunu paylaşaraq vurulan çörək zavodunda gündəlik 50 min adam üçün 16 min çörək bişirilərək, pulsuz paylanıldığı qeyd edilib.
Rusiya Suriyadakı bombardımanlarının İŞİD-ə qarşı olduğunu iddia edir. Lakin bu ərazidə İŞİD-in mövqeləri yerləşmir.