Rusiya BMT-yə xəbərdarlıq edib: Taxıl təşəbbüsündə iştirakını dayandırır

Ukrayna taxılı. Foto: Dobra Kobra/shutterstock

Səbəb kimi Ukrayna Silahlı Qüvvələrinin (APU) Sevastopol və Qara Dəniz Donanmasına hücumu göstərilib

Oktyabrın 29-da Moskva BMT-nin Baş katibi Antonio Quterreşi Qara dəniz taxıl təşəbbüsündə iştirakın dayandırılması ilə bağlı xəbərdar edib.

Bu barədə Baş katibə müraciəti Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya göndərib.

Səbəb kimi Ukrayna Silahlı Qüvvələrinin (APU) Sevastopol və Qara Dəniz Donanmasına hücumu göstərilib.

Rusiya Müdafiə Nazirliyi müqavilənin dayandırılmasını Böyük Britaniyanın sözügedən hücumda iştirakı ilə əlaqələndirib və bunu yenidən terror aktı adlandırıb. Nazirlik hücuma məruz qalan gəmilərin taxıl dəhlizinin təhlükəsizliyini təmin etdiyini qeyd edib.

Taxıl müqaviləsi 2022-ci ilin iyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT tərəfindən imzalanıb.

Razılaşma Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə Ukrayna taxılının, ərzaq və gübrələrin ixracını nəzərdə tutur. Oktyabrın 20-də Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirmişdi ki, taxıl müqaviləsinin uzadılmasına çox da optimist yanaşmaq olmaz.

Ana səhifəDünyaRusiya BMT-yə xəbərdarlıq edib: Taxıl təşəbbüsündə iştirakını dayandırır