Səbəb məhsulun tərkibində zərərvericilərin olmasıdır
Rusiyanın Kənd Təsərrüfatı mallarına nəzarət idarəsi Azərbaycandan gətirilən böyük həcmdə meyvə və tərəvəzi ölkəyə buraxmayıb.
İdarənin yaydığı məlumat
a görə, Dağıstanda "Yaraq Qazmalar" məntəqəsində tərkibində zərərvericilər olduğuna görə Azərbaycandan gətirilən 32,3 ton pomidor, 53,4 tom gilas, 19,92 ton qurudulmuş noxud, 13 ton çiyələk buraxılmayıb.
Məlumata görə meyvə-tərəvəz geri qaytarılıb.
2019-cu ilin aprel ayı
nda Rusiya eyni səbəbdən Azərbaycandan gətirilən 15,5 ton pomidoru qeri qaytarmışdı.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Meydan TV-yə bildirib ki, indi Rusiya öz sərhədini çox ciddi nəzarətdə saxlayır:
“Azərbaycanda isə kartof və başqa məhsulların idxalı yüksək vəzifəli məmurların inhisarında olduğu üçün belə ciddi yoxlamalar aparılmır. Həmin kartof güvəsi Gəncə və Qazax bölgəsində kartofçuluğa ciddi ziyan vurduğundan sahibkarlar üçün kartof əkmək risklidir. Məsələ ondadır ki, kartof güvəsi quş üzümü fəsiləsinə aid olan pomidora, bibər badımcan, tütünə ziyan vurub. Tütün istisna olmaqla pomidor, bibər, badımcan həmin bölgədə istehsal olunur. Təsəvvür edin, istixana şəraitində yetişdirilən pomidorda güvə aşkar olunubsa, bölgədə çox ciddi problem var”.
V.Məhərrəmov hesab edir ki, müvafiq nazirlik ciddi tədbirlər görməlidir:
“Fermerlər heç nə edə bilməz. Bu, Kənd Təsərrüfatı Nazirliyinin və hökumətin işidir. Çünki güvə bir təsərrüfatda deyil, bütün bölgəni əhatə edib. Hökumət bioloji, kimyəvi, texniki metodları işə salmalıdır, hətta quş üzümü fəsiləsindən olan bitkilərin əkini bir müddət dayandırılmalıdır. Təəssüf ki, neçə nazir dəyişsə, problem qalır. Güvənin ziyanı ondadır ki, məhsuldan istifadəni dayandırır. Güvə kartofu, bitkini yeyir, inkişafına mane olur, bir sözlə yararsız hala salır”.