Rusiya Azərbaycana yeni səfirinin namizədliyini təsdiqləyib

Namizəd Georgi Zuyevdir

Source:


Namizəd Georgi Zuyevdir

Rusiya Dövlət Duması Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib.

“İnterfaks” yazır ki, Rusiyanın Azərbaycandakı səfiri vəzifəsində namizəd Georgi Zuyev olub.

İyulun 5-də Rusiya Dövlət Dumasının MDB və həmvətənlərlə iş üzrə Komitəsində Azərbaycana yeni səfirin namizədliyi məsələsinə baxılıb.

Komitə səfir postuna Georgi Zuyevin namizədliyini təsdiqləyib.

İclasda Rusiya XİN başçısının müavini Qriqori Karasin də iştirak edib.

G. Zuyev hazırda Rusiya Xarici İşlər Nazirliyinin kadrlar departamentinin direktor müavini vəzifəsində çalışır.

Ana səhifəXəbərlərRusiya Azərbaycana yeni səfirinin namizədliyini təsdiqləyib