“Dörd ildir danışıqlar gedir, amma heç bir irəliləyiş yoxdur”
Rusiya Avropa Şurasından çıxa bilər. “RİA Novosti”-nin məlumatına görə, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskye ilə görüşündə bu haqda
bildirib
.
“Tam səmimi deyirəm, artıq Avropa Şurasından çıxmağı düşünürük. Dörd ildir danışıqlar gedir, amma heç bir irəliləyiş yoxdur”, – o deyib.
Onun sözlərinə görə, AŞPA-nın bir sıra qərarları Rusiyanın iştirakı olmadan verməsi qanunsuzdur. O, AŞPA-dakı vəziyyəti kritik və “parlamentarizm prinsipinə” zidd kimi qiymətləndirib.
Oktyabr ayının əvvəlində AŞPA-nın iclası keçiriləcək. İclasda ilk dəfə 2014-cü ildən Rusiya tərəfinin dəfələrlə təklif etdiyi milli nümayəndə heyətlərinə qarşı sanksiyaların qarşısının alınması mövzusu müzakirə olunacaq.
Rusiya Krımı ilhaq etdiyinə görə 2014-cü ildən AŞPA-da bir sıra səlahiyyətlərindən məhrum edilib. Buna cavab olaraq Rusiya qurumun iclaslarında iştirakını dayandırıb.