Rusiya ABŞ-a Venesuelaya müdaxilə etməməsi üçün xəbərdarlıq edib

Maduro ölkəsində baş verənlərə görə ABŞ-ı qınayır

Source:


Maduro ölkəsində baş verənlərə görə ABŞ-ı qınayır

Rusiya xarici işlər naziri ABŞ-a Venesuelanın daxili işlərinə müdaxilə etməməsi üçün xəbərdarlıq edib.

Rusiyanın xarici işlər nazirliyi Sergey Lavrov ABŞ Dövlət Katibi Mayk Pompeo (Mike Pompeo) ilə fevralın 12-də olan telefon danışığında deyib ki, Rusiya Venesuela ilə bağlı məsləhətləşmələr aparmağa hazırdır.

Dövlət Departamentindən Rusiyanın çağırışına dərhal cavab verilməyib.

Moskva son illər Venesuela lideri Nikolas Maduro hökumətinə ölkənin iqtisadi xaos halı dönəmində milyardlarla yardım edib.

Vaşinqton isə müxalifət lideri Xuan Quaydonu (Juan Guaido) dəstəkləyir və beynəlxalq liderləri onu ölkənin haqlı lideri olaraq tanımaq üçün hərəkətə çağırır.

Maduro: Ağ evi Ku Klux klan idarə edir

BBC-yə danışan Venesuela dövlət rəhbəri Nicolas Maduro ölkəsindəki krizdə məsuliyyətli tərəfin ABŞ olduğunu söyləyib. Maduro Tramp hakimiyyətini “radikal fikirlərə sahib bir dəstə” olaraq dəyərləndirib.

“İnanıram ki, Ağ Evdəki bu qrup dünya səviyyəsində güclü ictimai rəy ilə məğlub olacaq”, – qeyd edən Maduro bildirib ki, onun ölkəsinə humanitar yardımın göndərilməsinə imkan verməyəcəkdir.

Maduro hesab edir ki, humanitar yardım “ABŞ-ın müdaxiləsini qanuniləşdirmək yolu”dur və qərb dövlətlərini “Venesuelanı ələ keçirmək üçün savaş” hay-küyünə cəlb edirlər.

Maduro müxaliflərin təşkil etdiyi humanitar yardımların Venesuelaya girməməsi istiqamətində xalqının bütün istəklərini qarşilaya biləcək imkana sahib olduğunu söyləyib. “Dilənçilik edib heç kimə yalvarmaq lazım deyil,”- o deyib.

Venesuelanın paytaxtı Caracasta BBC-yə müsahibə verən Maduro “Bu, ABŞ-ın , Ağ Evi idarə edən radikal sağ qrupun, Ku Klux Klanın marağına, Venesuelanı ələ keçirmək üçün sərgilədiyi siyasi bir savaşadır,”- deyib.

Maduro Ku Klux Klan sözlərinin ardından Trampın ağların üstünlüyünə inanıb-inanmadığı sualına “Bəli, açığı belədir. Bizdən nifrət edir, bizi alçaldır, çünki sadəcə öz maraqlarına və ABŞ-ın maraqlarına inanır,” – deyə cavab verib.

Maduro ABŞ-ın ölkəsinin iqtisadi problemlərində məsuliyyət daşıdığını və Vaşinqtonun “hərbi müdaxiləyə haqq qazandırmaq üçün humanitar böhran yaratmaq məqsədi” olduğunu söyləyib.

“Bu da, nümayişin bir hissəsidir, buna görə də bütün qürurumuzla sizin qırıntılarınızı, zəhərli yeməklərinizi və artıqlarınızı istəmirik,” – Maduro bu ifadələrdən istifadə edib.

“Seçimi təkrarlamaq məntiqi, səbəbi nədir?” – Maduro sorğulayıb: “Təxminən 10 ölkə müxalifət lideri Quaydonu dəstəklədi və heç kimin seçmədiyi bir hökuməti tanımağa çalışdı”.

ABŞ və bəzi qərb ölkələri, Milli Məclisin sədri müxalifət lideri Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti olaraq tanıyıb.

Quaydo hökumətə qarşı nümayişlərə çağırış edib.

Venesuela ordusunun dəstəyini alan Maduro isə erkən seçkilərə getməsi üçün daxili və xarici təzyiqlər altındadır.

Rusiya, Çin və Türkiyə isə Maduronu dəstəkləyir.

Ana səhifəXəbərlərRusiya ABŞ-a Venesuelaya müdaxilə etməməsi üçün xəbərdarlıq edib