Rusiya 60 ABŞ diplomatını ölkədən çıxarır

ABŞ-ın Sankt-Peterburqda baş konsulluğu bağlanır

Source:
Sankt-Peterburq
Sankt-Peterburq


ABŞ-ın Sankt-Peterburqda baş konsulluğu bağlanır

Rusiya XİN-ni ABŞ-ın bu ölkədəki səfiri Con Hantsmana 60 amerikalı diplomatın Rusiyadan çıxarılmadı barədə qərarı elan edib.


Məlumat

ı BBC yayıb.

Bu addım ABŞ-dan 60 rusiyalı diplomatın çıxarılmasına cavab olaraq atılıb.

Diplomatik qarşıdurma Solsberidə Rusiya kəşfiyyatının sabiq zabiti Sergey Skripal və qızının zəhərlənməsindən sonra başlayıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, ABŞ-ın Sankt-Peterburqdakı baş konsulluğu bağlanır və ABŞ-dan çıxarılan rusiyalı diplomatların sayı qədər Rusiyadan ABŞ diplomatları çıxarılır.

Ümumilikdə ABŞ-ın Moskvadakı səfirliyinin 58 əməkdaşı və Santk-Peterburqdakı baş konsulluğunun 2 əməkdaşı persona non-qrata elan edilirlər. Onlar Rusiyanı aprelin 5-ə qədər tərk etməlidirlər.

Ağ Ev bununla bağlı bəyanatında bildirib ki, Rusiyanın addımı gözlənilən idi.

“Bu qərar Rusiya və ABŞ arasında münasibətlərin bundan sonra daha da korlanacağı deməkdir. ABŞ və onun NATO üzrə müttəfiqləri Rusiyanın Britaniya ərazisində təşkil etdiyi hücuma cavab olaraq diplomat adı altında fəaliyyət göstərən xüsusi xidmət orqanlarının əməkdaşlarını ölkələrindən çıxarıblar”, Ağ Evin bəyanatında deyilir.

Rəsmi Vaşinqton bildirib Rusiyanın bu addımına cavab veriləcək.

Rusiya XİN Skripal və onun qızının zəhərlənməsində günahkar olmasını ittihamını rədd edərək, NATO və Avropa İttifaqı ölkələrinin rusiyalı diplomatları öz ölkələrindən çıxarılması ilə bağlı qərarlarına kəskin etiraz edib.

S.Lavrov bildlrib ki, Rusiya diplomatlarını öz ərazisindən çıxaran digər dövlətlərlə qarşı da adekvat addımlar atılacaq.

Skripal və onun qızı martın 4-də Solsberi də huşsuz vəziyyətdə tapılıblar. Böyük Britaniya hökuməti hesab edir ki, onlar Rusiya xüsusi xidmət orqanları tərəfindən zəhərləniblər.

Nəticədə Britaniya 23 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib.

Rusiya diplomatlarını öz ərazisindən çıxaran digər ölkələrin statistikası isə belədir:

Ukrayna – 13 nəfər,

Fransa – 4 nəfər,

Almaniya – 4 nəfər,

Polşa – 4 nəfər,

Kanada – 4 nəfər,

Litva – 3 nəfər,

Çexiya – 3 nəfər,

İtaliya – 2 nəfər,

İspaniya – 2 nəfər,

Albaniya – 2 nəfər,

Niderland – 2 nəfər,

Danimarka – 2 nəfər,

Rumıniya – 1 nəfər,

Xorvatiya – 1 nəfər,

Macarıstan – 1 nəfər,

Latviya – 1 nəfər,

Estoniya – 1 nəfər,

İsveç – 1 nəfər,

Norveç – 1 nəfər,

Finlandiya – 1 nəfər.

Ana səhifəXəbərlərRusiya 60 ABŞ diplomatını ölkədən çıxarır