Rus və İran diplomatları Tehran nüvə razılaşmasını müzakirə edirlər

Qeyd edilir ki, müzakirələr zamanı İranın müqavilənin bəzi maddələrinə riayət etməməsi qərarı da nəzərə alınıb

Source: google.az


İran həmçinin Avropa tərəfdaşlarına müqavilədəki öhdəliklərini yerinə yetirmək üçün 60 günlük zaman verib

Rusiya xarici işlər nazirinin müavini Serqey Ryabkov və onun İranlı həmkarı Abbas Araqçı Tehran və Vaşinqton arasında artan gərginlikdə 2015-ci ildə imzalanmış nüvə razılaşmasını müzakirə ediblər, – Azadlıq Radiosu xəbər verir.

İran mətbuatının verdiyi məlumata görə, Ryabkov mayın 29-da Tehrana səyahət edib. Səyahət zamanı tərəflər İran və altı dünya gücü arasında imzalanmış müqaviləni əhatə edən son hadisələri müzakirə ediblər.

Qeyd edilir ki, müzakirələr zamanı İranın müqavilənin bəzi maddələrinə riayət etməməsi qərarı da nəzərə alınıb.

İranın razılaşmanın bəzi hissələrindən çıxması qərarı Amerika Birləşmiş Ştatlarının müqavilədən geri çəkilməsindən və Tehrana sanksiya tətbiq etməsindən bir il sonra, 8 may tarixində elan edilib. İran həmçinin Avropa tərəfdaşlarına müqavilədəki öhdəliklərini yerinə yetirmək üçün 60 günlük zaman verib.

Rusiya JCPOA (nüvə razılaşmasının rəsmi adı) Birgə Komissiyasını Tehranın şikayətlərini dinləməyə çağırıb.

ABŞ prezidenti Donald Tramp 2017-ci ilin yanvar ayında prezidentlik postunu təhvil aldıqdan sonra Tehrana siyasi və iqtisadi təzyiqləri artırıb.

Tramp deyib ki, İranın nüvə razılaşması "qaçılmaz şəkildə qüsurlu" –dur, çünki o, İranın ballistik-raket proqramını və ya Tehranın "terrorizm"-ə dəstəyini əks etdirmir.

Amerika Birləşmiş Ştatları hərbi təyyarələrini və bombardman qruplarını Yaxın Şərqə göndərdikdən sonra Tehran və Vaşinqton arasındakı münasibətlər daha da gərginləşib. Sonuncu yaxın zaman ərzində Yaxın Şərqə daha 1500 qoşun yeridəcəyini açıqlayıb.

Təzyiq tətbiq edərkən Tramp Tehranla yeni müqavilə imzalama ehtimalından da bəhs edib.

"Həqiqətən inanıram ki, İran razılaşma edər və mən düşünürəm ki, bu onlar tərəfindən atılacaq çox ağıllı addım ola bilər. Mən bunun mümkün olacağını düşünürəm," – deyə Tramp mayın 27-də bildirib.

İran prezidenti Həsən Ruhani mayın 29-da deyib ki, ABŞ-la danışıqlar mümkün ola bilər, ancaq ilk növbədə Vaşinqton sanksiyaları qaldırmalı və nüvə razılaşması çərçivəsində öhdəliklərini yerinə yetirməlidir.

"Haqsız sanksiyaları qaldırılarsa, öz öhdəliklərini yerinə yetirərlərsə və özlərinin tərk etdikləri danışıqlar masasına geri dönərlərsə, qapı açıqdır," – Ruhani dövlət televiziyasına müsahibəsində qeyd edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi mayın 28-də Tehranın Vaşinqtonla danışıqlardan bir şey gözləmədiyini deyib.

Ana səhifəDünyaRus və İran diplomatları Tehran nüvə razılaşmasını müzakirə edirlər