Rumıniyanın daxili işlər naziri 15 yaşlı qızın öldürülməsinə görə istefa verib

Mekasanu ötən həftə polisin təcili yardım dispetçerinə üç dəfə zəng etməsinə baxmayaraq, polisin onun yerini tapması 19 saat çəkib.

Source: google.az


Minlərlə insan polisin etinasızlığına etiraz edib

Rumıniyanın daxili işlər naziri Nikol Moqa (Nikolae Moga) 15 yaşlı qızın qaçırılması, təcavüz edilməsi və öldürülməsindən sonra vəzifəsindən getdiyini açıqlayıb, – Azadlıq Radiosu xəbər verir.

Moqa iyulun 30-da Baş nazir Viorica Dancila ilə danışıqlardan sonra dərhal vəzifəsindən getdiyini bəyan edib. O, vəzifəyə altı gün öncə gəlmişdi.

İyulun 27-də minlərlə insan Buxarestdə Rumıniyanın cənubunda yerləşən Karakal (Caracal) yaxınlığında 15 yaşlı Aleksandra Mekasanunun (Alexandra Macesanu) itkin düşməsinə polisin reaksiya verməməsinə etiraz olaraq aksiya keçirib.

Rumıniyanın milli polis rəisi iyulun 26-da vəzifəsindən qovulub. Mekasanu ötən həftə polisin təcili yardım dispetçerinə üç dəfə zəng etməsinə baxmayaraq, polisin onun yerini tapması 19 saat çəkib.

Ölkədə artan ictimai həyəcan dalğasına əlavə olaraq hakimiyyət iyulun 29-da Mekasanunun 112 təcili yardım xəttinə etdiyi ilk zəngin qısa transkriptini ictimaiyyətlə paylaşıb. Məlum olub ki, operator əsir olan qıza " xətti məşğul saxladığı" üçün dəstəyi asmasını deyib.

Polis Aleksandranın tutulduğu yerdə, istifadəsiz qalmış avtomobil təmiri sexində insan sümükləri və zinət əşyalarını tapdıqlarını bəyan edib.

Binanın sahibi 65 yaşlı Georghe Dinca həm Mekasanunu, həm də apreldə itkin düşmüş 18 yaşlı Luiza Melencunu öldürdüyünü etiraf edib.Lakin bugünə qədər məsul orqanlar Dincanın yerində tapılan sümüklərin Mekasanu və ya Melencunun DNA-sına uyğun olub-olmadığını təsdiqləməyib.

Ana səhifəDünyaRumıniyanın daxili işlər naziri 15 yaşlı qızın öldürülməsinə görə istefa verib