Ruhani ABŞ-la mümkün müharibə üçün səlahiyyətlərini genişləndirir

Ruhani 1980-88-ci illərdə İraq müharibəsini xatırladıb.

Source:

İran və ABŞ arasında ehtimal edilən hərbi münaqişə ilə bağlı narahatlıqlar artmaqdadır

İran Prezidenti Həsən Ruhani deyib ki, o, Amerika Birləşmiş Ştatları tərəfindən ölkəyə qarşı açılmış "iqtisadi müharibə" ilə mübarizə aparmaq üçün müharibə üçün gərəkli olan icraedici hakimiyyət səlahiyyətlərini genişləndirmək istəyir, – Azadlıq Radiosu xəbər verir.

Tehran ilə Vaşinqton arasındakı əlaqələr ötən il ABŞ prezidenti Donald Trampın Vaşinqtonu 2015-ci ildə İranın nüvə proqramını məhdudlaşdıran nüvə razılaşmasından geri çəkməsindən sonra gərginləşməyə başlayıb.

O vaxtdan bəri Vaşinqton öz ritorikasını artırıb və sanksiyaları yeniləyib.

İran və ABŞ arasında ehtimal edilən hərbi münaqişə ilə bağlı narahatlıqlar artmaqdadır. Vaşinqton Tehrandan gələn "təhlükə" barədə artıq xəbərdarlıq edib. İran isə bu iddiaları rədd edir.

Ruhani 1980-88-ci illərdə İraq müharibəsini xatırladıb. Belə ki, o zamanı İran Ali Müharibə Şurası iqtisadiyyatın çətin vəziyyətinə baxmayaraq müharibə haqda qərar qəbul etmişdi.

"Bizim bu gün də eyni gücə ehtiyacımız var," – Ruhani mayın 20-də deyib. İranın rəsmi IRNA xəbər agentliyi xəbər verir.

Prezident deyib ki, o, Vaşinqtonla gərginliyin aradan qaldırılması üçün danışıqları və diplomatiyanı dəstəkləyib, amma mövcud şərtlərdə bu, mümkün deyil.

"Bugünkü vəziyyət müzakirələrə uyğun deyil və bizim seçimimiz yalnız müqavimətdir,"- Ruhani deyib.

Ana səhifəDünyaRuhani ABŞ-la mümkün müharibə üçün səlahiyyətlərini genişləndirir